Qızıl və gümüş ucuzlaşıb
23 May 2026, 11:40
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
647
31.10.2025, 18:09
Hər il ənənəvi olaraq PAŞA Qrup şirkətlərinin əməkdaşlarının sinerjisini gücləndirmək və korporativ dəyərlərə sadiqliyini təşviq etmək məqsədilə keçirilən “Xəmsə” birlik yarışının qala gecəsi baş tutdu. PAŞA Holdinq və Kapital Bank-ın təşkilatçılığı ilə keçirilən bu müsabiqə PAŞA Holdinq və onun strateji aktivlərində icra olunan layihələrin beş əsas korporativ dəyərə – “Dürüstlük”, “Sahibkarlıq ruhu”, “Keyfiyyət”, “Əməkdaşlıq” və “Gəlirliliyə” uyğunluğunu və onlara verdiyi töhfəni müəyyən edən ən böyük korporativ yarışmadır.
30 Oktyabr 2025-ci il tarixində keçirilən qala gecəsinin açılış nitqi PAŞA Holdinq-in Baş İcraçı direktoru Cəlal Qasımov tərəfindən edildi.
Builki yarışmada Kapital Bank iki layihə ilə qalibiyyət əldə etdi. Belə ki, işəgötürən brendi olaraq böyük nüfuza sahib olan şirkət həm “Əməkdaşlıq” dəyəri üzrə əməkdaşların daxili kommunikasiyası üçün bütün imkanlara sahib olan “360 İntranet Portal” layihəsi, həm də “Keyfiyyət” dəyəri üzrə “Müştəri Şikayətlərinin İdarə olunmasında İnnovativ Transformasiya” layihəsi ilə mükafat qazandı. Qrupdaxili səsvermənin yekun nəticələrinə əsasən builki “Xəmsə” bilik yarışının qalibləri arasında PAŞA Bank iki, PAŞA Sığorta iki, PAŞA Həyat Sığorta isə bir layihə ilə yer aldılar.
Tədbirin ən yaddaqalan məqamlarından biri isə Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynovun “Gəlirlilik” dəyəri üzrə qalibləri elan edərkən səsləndirdiyi fikir oldu: “Gəlirlilik hər bir CEO-nun ən sevimli sözüdür. Amma bütün dəyərlərimiz – “Dürüstlük”, “Sahibkarlıq ruhu”, “Keyfiyyət”, “Əməkdaşlıq” və “Gəlirlilik” – bir arada olanda hər şey tamamlanır. Elə bu gün burada bir arada olmaq, enerjimizi paylaşmaq və uğurlarımızı qeyd etmək də bunun ən gözəl nümunəsidir”.
Qeyd edək ki, ötən il həyata keçirilən layihələrlə “Xəmsə” birlik yarışına müraciət edən komandaları PAŞA Holdinq və strategi aktivlərin rəhbər şəxslərinin də iştirak etdiyi münsiflər heyəti qarşısında təqdim ediblər. Bütün bu təqdimatlardan sonra qrup daxilində keçirilən açıq səsvermə nəticəsində ən çox səs toplayan layihələr qalib elan edilib.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.
02:00 / 24 May 2026
63
01:23 / 24 May 2026
175
01:14 / 24 May 2026
362
01:01 / 24 May 2026
216
00:58 / 24 May 2026
93
00:54 / 24 May 2026
337
00:51 / 24 May 2026
202
00:43 / 24 May 2026
379
00:41 / 24 May 2026
226
00:17 / 24 May 2026
342
00:03 / 24 May 2026
131
23:59 / 23 May 2026
289
23:59 / 23 May 2026
159
23:56 / 23 May 2026
241
23:50 / 23 May 2026
207
23:39 / 23 May 2026
378
23:36 / 23 May 2026
403
23:33 / 23 May 2026
124
23:25 / 23 May 2026
129
23:19 / 23 May 2026
115
23:17 / 23 May 2026
102
23:14 / 23 May 2026
238
23:11 / 23 May 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.