Bankların yeni kələyi - əhalini belə soyurlar
11 Dekabr 2025, 16:01
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
402
07.03.2025, 17:54
Birbank Biznes-in “Hər İşdə Birinci Qadınlar” yarmarkası başa çatdı
Birbank Biznes qadın sahibkarlara dəstək olmaq və onların inkişafına töhfə vermək məqsədilə 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində xüsusi təşəbbüslə çıxış etdi. Belə ki, 6-7 mart 2025-ci il tarixlərində sahibkar xanımlar üçün “Passage 1901” ünvanında satış yarmarkası təşkil edildi. Tədbir çərçivəsində xanım sahibkarlar üçün həm öz məhsul və xidmətlərini təklif edə biləcəkləri, həm də yeni tərəfdaşlıqlar qurub, öyrənə, özlərini inkişaf etdirə biləcəkləri mühit yaradıldı.
Ümumilikdə 60 sahibkar xanımın iştirak etdiyi layihə bununla yekunlaşmadı. Tədbirin ilk günü Birbank Biznes sahibkar xanımlara mart ayı boyunca mikro kreditlərdə 8%-dək endirim təqdim edəcəyini, iyun ayından etibarən isə onların bizneslərini peşəkar idarə etmələri üçün ödənişsiz təlimlər keçirəcəyini elan etdi. Bu təlimlər Birbank Biznes-in peşəkar komandası tərəfindən veriləcək.
Yarmarka çərçivəsində həm xanım sahibkarların uğurunu bir daha vurğulamaq, həm də biznesə başlamaq istəyənlərə ilham olmaq üçün müxtəlif mövzularda panel müzakirələri də baş tutdu. Tədbirin ilk günü COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəfin moderatorluğu ilə keçirilən panel “Gücümüzü birləşdirək: Tərəfdaşlıqdan uğura” mövzusuna həsr olundu. Sessiyada dövlət qurumları və özəl sektor arasında əməkdaşlıq imkanları, qadın sahibkarlığının inkişafında bu tərəfdaşlıqların rolu müzakirə edildi. Paneldə Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan Kapitalı və Təşkilati İnkişaf üzrə Baş İnzibatçı, eyni zamanda “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının İdarə Heyətinin üzvü Fərqanə Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və “PASHA Real Estate Group”un Baş Əməliyyat İnzibatçısı Svetlana Əliyeva spiker qismində iştirak etdilər.
Tədbirin ikinci paneli isə “Uğurun adı: Qadın” mövzusuna həsr olundu. Paneldə təməldən öz brendini formalaşdıran qadın sahibkarlar təcrübələrini və uğur hekayələrini paylaşdılar. Bu sessiyanın moderatoru Bir ekosisteminin Məhsul və Marketinq idarəsi üzrə müşaviri Günel Mavliyarova, spikerləri isə AMFA-nın icraçı direktoru, ASK-nın vitse-prezidenti, KOBİA İctimai Şurasının üzvü Jalə Hacıyeva, “CozybyMadi” brendinin təsisçisi Mədinə Quliyeva və “Balli Bisi” şirniyyat evinin qurucusu Esmira Quluzadə oldu.
Birbank Biznes bu təşəbbüslə qadın sahibkarların fəaliyyətini dəstəkləməyi, onların bizneslərinin tanıdılması və inkişafı üçün yeni imkanlar yaratmağı hədəfləyir.
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.
Həmçinin oxuyun
15:08 / 13 Dekabr 2025
83
14:50 / 13 Dekabr 2025
27
14:38 / 13 Dekabr 2025
39
14:28 / 13 Dekabr 2025
41
14:22 / 13 Dekabr 2025
43
14:12 / 13 Dekabr 2025
137
13:14 / 13 Dekabr 2025
505
13:07 / 13 Dekabr 2025
259
12:58 / 13 Dekabr 2025
150
12:16 / 13 Dekabr 2025
907
12:08 / 13 Dekabr 2025
105
11:44 / 13 Dekabr 2025
74
11:30 / 13 Dekabr 2025
86
11:09 / 13 Dekabr 2025
893
11:07 / 13 Dekabr 2025
394
10:25 / 13 Dekabr 2025
1092
09:15 / 13 Dekabr 2025
871
09:06 / 13 Dekabr 2025
659
08:45 / 13 Dekabr 2025
131
08:37 / 13 Dekabr 2025
157
00:28 / 13 Dekabr 2025
155
00:14 / 13 Dekabr 2025
1112
00:01 / 13 Dekabr 2025
749
23:20 / 12 Dekabr 2025
683
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.