Bir Bonus lotereyasının qalibləri bəlli olub
17 Dekabr 2025, 16:51
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
466
21.01.2025, 21:49
"Azəriqaz" İstehsalat Birliyinin "Təmiz Qaz" QSC ilə bağladığı müqaviləyə dəyişiklik etməsi podratçı şirkətin 500-dən artıq əməkdaşının işsiz qalmasına səbəb olub.
OXU24.COM xəbər verir ki, "Azəriqaz" İB "Təmiz Qaz" şirkəti ilə yerüstü qaz kəmərlərinə texniki baxışın keçirilməsi, qaz tənzimləyicilərinin yoxlanılması və sazlanması, yerüstü siyirtmələrə texniki baxışın aparılması yönündə 2021-ci ildə bağladığı satınalma müqaviləsinə bu ildən dəyişiklik etməyi qərara alıb.
Daha doğrusu, bu əməliyyat üzrə xərcləri optimallaşdıraraq podratçı vasitəsilə deyil, öz kadr potensialı ilə icrasına qərar verib.
Hətta birlik tərəfindən bu barədə ötən il noyabrın 29-da "Təmiz Qaz" QSC-yə məktub ünvanlanıb. Məktubda orta və aşağıtəzyiqli yerüstü qaz kəmərlərinə və onların üzərində olan bütün növ qurğu və avadanlıqlara göstərilən texniki baxışın 2025-ci ilin yanvarın 1-dən etibarən dayandırılması bildirilib.
Texniki baxış xidmətlərinin sifarişçi tərəfindən ləğv edilməsindən sonra bilavasitə həmin xidmətlər üzrə paytaxtda və bölgələrdə işə götürülən işçilərə bu barədə bildiriş təqdim olunub, daha sonra isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən onlar ixtisar ediliblər.
Həmçinin oxuyun
Qeyd edək ki, "Təmiz Qaz" 2014-cü ildən başlayaraq "Azəriqaz" İB-nin sifarişi əsasında respublikanın 68 rayon və şəhərində mövcud olan qaz təsərrüfatına texniki baxışın keçirilməsi və qaz sızmalarının aşkar edilməsi işlərini aparır. İllər ərzində şirkətlə bu yöndə bağlanılan müqavilə yenilənib. Hətta "Təmiz Qaz"a həvalə edilən işlərin sayı artırılıb.
Belə ki, 2017-ci ildən şirkət "Azəriqaz"ın sifarişi əsasında məişət qaz sayğaclarına daxili və xarici metroloji texniki baxışın keçirilməsi, uyğunsuzluqların aşkar edilməsi və yeni sayğacla əvəz edilməsi işlərini həyata keçirir.
2018-ci ildən başlayaraq SOCAR Qaz İxrac İdarəsinin sifarişi əsasında yeraltı magistral qaz kəmərlərinə və qaz kranlarına texniki baxışın keçirilməsi və qaz sızmalarının aşkar edilməsi işlərini görür. Yəni dövlət qurumu ilə şirkətin əməkdaşlığı 11 ildir davam edir. Vaxtilə "Azəriqaz"ın milyonluq tenderini qazanan "Təmiz Qaz"ın əsas üsünlüyü texniki baxış işlərinin həyata keçirilməsi üçün yüksək peşəkarlığı olan və xarici mütəxəssislər tərəfindən təlim alan işçilərinin olması idi.
Qeyd edək ki, "Təmiz Qaz"ın podratçılığını etdiyi işləri bundan sonra sifarişçinin özü - "Azəriqaz" həyata keçirəcək.
Xatırladaq ki, daha əvvəl Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi ləğv olunduğu üçün 400-ə yaxın əməkdaş işdən azad edilib.
11:07 / 18 Dekabr 2025
10
11:05 / 18 Dekabr 2025
10
10:57 / 18 Dekabr 2025
16
10:43 / 18 Dekabr 2025
130
10:40 / 18 Dekabr 2025
39
10:25 / 18 Dekabr 2025
40
10:19 / 18 Dekabr 2025
30
09:05 / 18 Dekabr 2025
50
01:50 / 18 Dekabr 2025
1108
01:48 / 18 Dekabr 2025
90
00:00 / 18 Dekabr 2025
1071
23:35 / 17 Dekabr 2025
118
23:29 / 17 Dekabr 2025
132
23:21 / 17 Dekabr 2025
338
23:00 / 17 Dekabr 2025
908
22:50 / 17 Dekabr 2025
342
22:36 / 17 Dekabr 2025
253
22:27 / 17 Dekabr 2025
409
21:45 / 17 Dekabr 2025
756
21:36 / 17 Dekabr 2025
243
21:30 / 17 Dekabr 2025
129
21:20 / 17 Dekabr 2025
1279
21:17 / 17 Dekabr 2025
430
20:59 / 17 Dekabr 2025
125
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.