Qaynar xətt:

(+99450) 247 90 86

İtaliya Ukraynaya kreditlə bağlı G7 razılaşması üzərində işləyir - Meloni

İQTİSADİYYAT

189

15.10.2024, 22:24

İtaliya Avropa Birliyi ölkələrində saxlanılan dondurulmuş Rusiya aktivləri ilə təminatla Ukraynaya kredit verilməsinə dair sazişin həyata keçirilməsi üzərində işləyir.

Oxu24.com xəbər verir ki,söhbət 50 milyard dollardan gedir.

İtaliyanın baş naziri Giorgia Meloni “Reuters” agentliyinə istinadla xəbər verir ki, “Biz Avropada dondurulmuş Rusiya aktivləri üzrə hesablanmış faizlə təmin olunmuş kreditlə bağlı sazişin həyata keçirilməsi üçün işi davam etdirəcəyik - bu, İtaliyanın G7-yə sədrliyi tərəfindən əldə edilən mühüm nəticədir”, deyə o bildirib.

İyun ayında İtaliyanın cənubunda keçirilən “Böyük Yeddilik”in illik sammiti zamanı Ukraynaya kreditin verilməsinə dair razılıq əldə olunub ki, bu da bloklanmış Rusiya vəsaitlərinə yığılan faizlə təmin ediləcək.

Nigar