Azərbaycanda tanınmış meyxanaçı VƏFAT ETDİ
20 Oktyabr 2026, 09:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
995
16.07.2025, 11:54
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.
İdarədən Oxu24.com-a verilən məlumata görə, xəbərdarlıqda deyilir:
"Yolda etinasızlıq ağır fəsadlara yol aça bilər. Sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur. Təəssüf ki, bəzən sürücülər hava və yol şəraitini, hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq vaxtını nəzərə almadan avtomobillərini bu və ya digər səbəbdən yolun hərəkət hissəsində saxlamaqla təhlükəli vəziyyət yaratdıqlarının fərqinə varmırlar.
Qanuna əsasən sürücü baş vermiş qəzanın daha bir xoşagəlməz hadisəyə səbəb olmaması üçün ilk növbədə qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı və ən qısa zamanda yolun hərəkət hissəsini boşaltmağa çalışmalıdır.
Eləcə də, avtomobil sıradan çıxdıqda, sürücü onu yoldan tamamilə kənara, bu mümkün olmadıqda səki və ya yol çiyninə çəkməli, digər sürücüləri xəbərdar etmək üçün zəruri təhlükəsizlik tədbirləri görməlidir.
Baş Dövlət Yol Polisi İdarəsi səhlənkarlıq səbəbindən dəfələrlə ağır faciələrin yaşandığını bir daha sürücülərin diqqətinə çatdırır və onları özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağa çağırır".
09:43 / 20 Oktyabr 2026
3
09:41 / 20 Oktyabr 2026
12
09:36 / 20 Oktyabr 2026
31
09:34 / 20 Oktyabr 2026
32
09:09 / 20 Oktyabr 2026
74
09:06 / 20 Oktyabr 2026
45
09:04 / 20 Oktyabr 2026
44
00:26 / 20 Oktyabr 2026
173
00:19 / 20 Oktyabr 2026
112
23:56 / 19 Oktyabr 2026
142
23:45 / 19 Oktyabr 2026
108
23:40 / 19 Oktyabr 2026
105
23:36 / 19 Oktyabr 2026
137
23:36 / 19 Oktyabr 2026
142
23:34 / 19 Oktyabr 2026
133
23:30 / 19 Oktyabr 2026
146
23:30 / 19 Oktyabr 2026
159
23:27 / 19 Oktyabr 2026
92
23:26 / 19 Oktyabr 2026
118
23:24 / 19 Oktyabr 2026
402
23:20 / 19 Oktyabr 2026
122
23:16 / 19 Oktyabr 2026
99
23:10 / 19 Oktyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.