UEFA FİFA-dan 42 suala cavab verməsini istəyib
19 Oktyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
1851
16.07.2025, 10:08
Azərbaycan boksçusu Əminə Tağı (50 kq) Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatının finalında ermənistanlı Amest Afrikyanı məğlub edərək qızıl medala yiyələnib.
Oxu24.com xəbər verir ki, o, rəqibinə 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və şərəfinə Azərbaycan himni səsləndirilib.
Digər qız boksçularımızdan Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıblar.
Beləliklə, qızlardan ibarət millimiz Avropa birinciliyini 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.
Yarışın altıncı günündə Səfdər Məmmədzadə (+80 kq) adını finala yazdırıb. O, yarımfinalda belaruslu Kirill Jukovskiyə tam üstünlüklə qalib gəlib. Məmmədzadə həlledici görüşdə rusiyalı Boqdan Smolkinlə döyüşəcək.
Qeyd edək ki, oğlan boksçularımızdan daha öncə Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq) və Haqverdi Həsənov (63 kq) bürünc medala sahib olublar.
10:37 / 20 Oktyabr 2026
1
10:35 / 20 Oktyabr 2026
5
10:28 / 20 Oktyabr 2026
24
10:20 / 20 Oktyabr 2026
40
10:18 / 20 Oktyabr 2026
45
10:16 / 20 Oktyabr 2026
49
10:11 / 20 Oktyabr 2026
48
10:10 / 20 Oktyabr 2026
48
10:06 / 20 Oktyabr 2026
50
10:00 / 20 Oktyabr 2026
61
09:55 / 20 Oktyabr 2026
60
09:43 / 20 Oktyabr 2026
681
09:41 / 20 Oktyabr 2026
56
09:36 / 20 Oktyabr 2026
154
09:34 / 20 Oktyabr 2026
63
09:09 / 20 Oktyabr 2026
126
09:06 / 20 Oktyabr 2026
62
09:04 / 20 Oktyabr 2026
62
00:26 / 20 Oktyabr 2026
184
00:19 / 20 Oktyabr 2026
113
23:56 / 19 Oktyabr 2026
148
23:45 / 19 Oktyabr 2026
108
23:40 / 19 Oktyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.