Azərbaycan neftinin qiyməti 113 dolları keçib
10 Sentyabr 2026, 09:17
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
516
18.07.2024, 15:28
İqtisadiyyat nazirinin İtaliyaya işgüzar səfəri çərçivəsində iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlər və ikitərəfli əlaqələrin gücləndirilməsi üçün birgə təşəbbüslər müzakirə edilib.
Oxu24.com xəbər verir ki, İtaliya Respublikasında səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya Parlamentinin senatoru Culio Terzi ilə görüşüb. Görüşdə Azərbaycan və İtaliya arasında uğurlu tərəfdaşlıq əlaqələrinin, iqtisadiyyatın müxtəlif sahələrində o cümlədən, ticarət, enerji, nəqliyyat və sair istiqamətlərdə inkişaf etdirildiyi vurğulanıb.
Tərəflər iqtisadi əməkdaşlığın prioritetləri barədə fikir mübadiləsi aparıb və yeni təşəbbüslərin artırılmasının əhəmiyyətini qeyd ediblər. İqtisadiyyat nazirinin İtaliya Parlamentinin Xarici Ticarət Komitəsinin sədri Andrea Di Cüzeppe ilə görüşündə ticarət tərəfdaşlığının yüksək potensialı vurğulanıb, bu imkanların reallaşdırılması, xüsusilə, biznes subyektləri arasında əlaqələrin inkişafı və qarşılıqlı investisiyaların artırılması məsələləri ətrafında müzakirələr aparılıb.
Qeyd olunub ki, ölkəmizdə sərmayədarlar üçün yaradılmış əlverişli investisiya mühiti, o cümlədən Ələt Azad Ticarət Zonasında, sənaye zonalarında, işğaldan azad olunmuş ərazilərimizdə tətbiq olunan güzəştlər İtaliya şirkətləri üçün də yeni və səmərəli biznes imkanları təqdim edir. İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliya Respublikasına səfəri çərçivəsində İtaliyanın Lazio regionunun prezidenti Françesko Rokka ilə görüşüb.
Tərəflər Azərbaycan-İtaliya tərəfdaşlığı çərçivəsində Lazio regionu ilə qarşılıqlı maraq doğuran iqtisadi məsələləri və özəl sektorda birgə fəaliyyətin təşviqi üçün perspektivləri nəzərdən keçiriblər. Görüş İtaliyanın biznes subyektlərinin təmsilçilərinin iştirakı ilə davam etdirilib. İşgüzar dairələr arasında sənaye, energetika, o cümlədən “yaşıl” enerji, nəqliyyat-logistika, aqrar və digər sahələrdə yeni tərəfdaşlıqların qurulmasına dair fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın və Lazio regionunun biznes və investisiya imkanlarına dair təqdimatlar nümayiş etdirilib.
13:17 / 10 Sentyabr 2026
1
13:12 / 10 Sentyabr 2026
20
13:01 / 10 Sentyabr 2026
40
13:01 / 10 Sentyabr 2026
38
12:56 / 10 Sentyabr 2026
37
12:47 / 10 Sentyabr 2026
44
12:41 / 10 Sentyabr 2026
40
12:41 / 10 Sentyabr 2026
46
12:35 / 10 Sentyabr 2026
50
12:31 / 10 Sentyabr 2026
52
12:30 / 10 Sentyabr 2026
55
12:28 / 10 Sentyabr 2026
73
12:27 / 10 Sentyabr 2026
365
12:21 / 10 Sentyabr 2026
55
12:20 / 10 Sentyabr 2026
57
12:07 / 10 Sentyabr 2026
63
11:52 / 10 Sentyabr 2026
64
11:41 / 10 Sentyabr 2026
65
11:35 / 10 Sentyabr 2026
60
11:27 / 10 Sentyabr 2026
67
11:23 / 10 Sentyabr 2026
106
11:17 / 10 Sentyabr 2026
333
11:11 / 10 Sentyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.