Rusiyada dollar ucuzlaşdı
18 Mart 2025, 12:07
Qaynar xətt:
(+99450) 247 90 86İQTİSADİYYAT
340
18.07.2024, 11:20
Moderator.az xəbər verir ki, bunu Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının idarə heyətinin sədri Elvin Abbasov deyib.
Onun sözlərinə görə, bu, proqnoz deyil:
"Provayderlərin “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq, 30 gün əvvəl yayımladıqları xəbərdarlıqlara əsaslanıram. İyulun 12-də özəl provayderlər, 17 iyulda isə dövlət provayderləri bu barədə məlumat yayıblar. Məsələyə ilk növbədə istehlakçının perspektivi baxımdan yanaşmağın tərəfdarıyam. İstehlakçı fakt qarşısında qalmamalıdır. Provayderlər vacib məlumatları yalnız öz saytlarında və qəzetlərdə yerləşdirməklə kifayətlənməməli, daha geniş formada yayımlamalıdırlar. Təəssüf ki, nə özəl, nə də dövlət provayderləri bunu etməyiblər.
Hazırda ölkədə bütün provayderlər ADSL-dən GPON və digər genişzolaqlı internet infrastrukturuna keçirlər ki, bu da ciddi investisiya tələb edir. Ən ucqar bölgələrdə belə bu infrastrukturun qurulması böyük xərclərə səbəb olur. Əhalinin yüksək sürətli internetə tələbi də artır. Bu səbəbdən provayderlərin qiymət artımına getməsi normaldır".
E.Abbasov qeyd edib ki, digər məsələ isə abunəçilərin maarifləndirilməsidir. Provayderlər bu mövzuda təşəbbüs göstərmirlər. "Onlayn Azərbaycan" layihəsi çərçivəsində genişzolaqlı internet infrastrukturunun qurulması 92%-ə çatsa da, ADSL istifadəçiləri hələ də çoxluq təşkil edir:
Həmçinin oxuyun
"Bu keçid mərhələsində düzgün maarifləndirmə vacibdir. Təəssüf ki, insanlar yüksək sürətli internet tələb etsələr də, adətən minimal paketləri seçirlər. Provayderlərin abunəçilərə sadəcə sürətin və qiymətin dəyişməsi ilə bağlı məlumatı verməsi ilə kifayətlənmələrinin yetərli olmaması belə məqamda da aydın olur. Təəssüflər olsun ki tələb ilə reallıq üst-üstə düşmədiyi halda narazılıqlar davam edir.
Maarifləndirmə iki istiqamətdə aparılmalıdır. İlk olaraq abunəçilər Mbit başına qiymət prinsipinə diqqət yetirməlidirlər. Məsələn, 40 Mbit/s sürət təklif edən internet paketi ayda 18 manatadırsa, Mbit dəyəri 0.45 manat/Mbit olur. Mbit dəyəri sabit qalmaqla sürət və qiymət artımına gedilirsə, istifadəçi daha çox sürəti daha ucuz qiymətə alır. Provayderlərın məlumatlarına əsaslansaq, PPMbit dəyərinin 2 dəfə azaldığını görürük. Bu da abunəçilərin hər Mbit/s üçün daha az ödəyəcəklərini göstərir.
Digər məqam isə sürətlə bağlıdır. Sürətli internet dövrün əsas tələblərindən biri olduğu məlumdur. Buna görədə bütün ölkələr internet surətini yaxşılaşdırmaq üçün adətən yarış içindədirlər. Artıq bizneslərin, sosial aktivlik, iqtisadi fəallıq və digər bütün sahələrin inkişafında demək olar ki, sürətli internetə ehtiyac var. Faylların və məlumatların tez yüklənməsi, veb-səhifələrin daha tez açılması, eyni zamanda məsafədən onlayn işləyən və təhsil alan insanlar üçün sürətli internet çox əhəmiyyətlidir. Bu, həmçinin videokonfransların keçirilməsinə, video, musiqi, serial və filmlərin daha yüksək keyfiyyətdə izlənməsinə imkan verir. Onlayn oyunlar üçün də aşağı ping və yüksək sürət əhəmiyyətlidir. "YouTube"da ən yüksək keyfiyyətli 4K videoları izləmək üçün təxminən 20 Mbps sürətli internet lazımdır, 1080p keyfiyyətində isə ən azı 5 Mbps sürətli bir bağlantı olmalıdır. 720p videolarda 2.5 Mbps və 480p (standart təyinat) videolarda isə 1.1 Mbps sürət kifayətdir.
Ölkədə sürətin artımı ilə bağlı göstəriciləri mütəmadi izləyirəm. Ümumiyyətlə, təqdirəlayiq haldır ki, genişzolaqlı internetin sürət artımında müsbət dinamika hər zaman davam edir. Qlobal şirkət olan “Ookla”nın iyun ayı üzrə hesabatına görə, ölkəmizdə genişzolaqlı internetin sürəti 12 ayda artaraq, orta hesabla 39,87 Mbit/s-ni keçib. Bu, illik sürətin 35% artımı deməkdir".
Ekspert əlavə edib ki, orta illik sürət artımının daha yüksək olması üçün ortalama istifadəçinin daha yüksək sürətli internetdən istifadə etməsi zəruri şərtdir. Provayderlərin tarif paketlərində etdiyi dəyişiklərə əsasən növbəti aydan etibarən ölkədə genişzolaqlı internetin minimal sürəti 100 Mbit/s-dən başlayacaq. Bu gediş beynəlxalq reytinqlərə də müsbət formada yansıyacaq və orta illik sürətin artımına ciddi təsir göstərəcək.
13:56 / 18 Mart 2025
HƏMAS Qəzzada döyüşlərin yenidən başlamasına münasibət bildirib
8
13:52 / 18 Mart 2025
Moldova Aİ-dən 1,9 milyard avro alacaq
11
13:29 / 18 Mart 2025
Məhkəmə Rüfət Səfərov barəsində qərar verib
12
13:03 / 18 Mart 2025
SON DƏQİQƏ! DTX onu həbs etdi — DETALLAR
40
12:37 / 18 Mart 2025
Əhaliyə xəbərdarlıq edildi: Martın 19-da...
127
12:30 / 18 Mart 2025
6 rəqəmi ona uğur gətirdi - Lotereyada 50.000 manat qazandı
121
12:11 / 18 Mart 2025
SON DƏQİQƏ! Baş nazir qərar imzaladı
458
12:07 / 18 Mart 2025
Rusiyada dollar ucuzlaşdı
44
12:04 / 18 Mart 2025
Rusiya vertolyotlarla hücuma keçdi — VİDEO
37
12:03 / 18 Mart 2025
Kəlbəcərdə qəza: Ölənlər var
35
12:01 / 18 Mart 2025
Anar Bağırovun vəkilliyə namizədlərlə görüşü keçirilib
34
11:58 / 18 Mart 2025
Polis yüzlərlə miqrantı Parisin mərkəzindəki teatr binasından çıxarıb
37
11:49 / 18 Mart 2025
SON DƏQİQƏ! İsrail onu da məhv etdi
44
11:45 / 18 Mart 2025
İftarda qəti şəkildə bunları yemək olmaz — Dietoloqla MÜSAHİBƏ
3785
11:40 / 18 Mart 2025
Uşakov Putin-Tramp söhbətindən əvvəl açıqlama verib
40
11:17 / 18 Mart 2025
Həbs edilən polkovnik-leytenanta qarşı - Əlavə ittihamlar
46
11:02 / 18 Mart 2025
Prezident və birinci xanım Ağdərəyə getdi
40
10:51 / 18 Mart 2025
Pensiyaçılara ŞAD XƏBƏR
465
10:31 / 18 Mart 2025
Qədr gecəsində bunlar edilməlidir — Dualar +Tərcüməsi
178
10:29 / 18 Mart 2025
Bu gün ilk Qədr gecəsidir
40
09:10 / 18 Mart 2025
İran ABŞ-yə xəbərdarlıq etdi
40
09:00 / 18 Mart 2025
Təyyarə dənizə düşdü: ölənlər var
83
08:35 / 18 Mart 2025
Bu gün ilaxır çərşənbədir
62
08:11 / 18 Mart 2025
Bu rayonda zəlzələ oldu
62
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.