Azərbaycanın ixrac etdiyi neft və qaz bahalaşıb
15 Sentyabr 2026, 11:16
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
296
30.04.2024, 14:14
"Azərbaycana gələn turistlərin 80 faizi Bakı şəhərinə üstünlük verirlər. Bu o deməkdir ki, ölkəyə gələn hər 10 tursitdən cəmi 2-si Bakıdan kənara, rayonlara gedirlər".
Oxu24.com xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır:
"Azərbaycana gələnlərin 8.8 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə, xarici tursitlərin 3,1 faizi Naftalanda, 2,9 faizi Qubada, 2,5 faizi Qəbələdə, 0,4 faizi Şabranda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Göründüyü kimi, bölgələrimiz xarici tursit cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılansa da, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu, xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır".
Deputat qeyd edib ki, 2024-cü ilin ilk rübündə hotelərdə qalanların sayı 2023-cü illin eyni dövrü ilə müqayisədə 41,9 faiz artaraq 779,4 min olub:
"Yerli və xarici turistlər daxil olmaqla gecələmələrin ümumi sayının 64,7 faizi Bakıda, 9,3 faizi Qusarda, 4,0 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,6 faizi Şabranda, 3,0 faizi Qəbələdə, 1,8 faizi Lənkəranda, 1,1 faizi Gəncədə, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 7,6 faizi digər şəhər və rayonlardakı hotellərdə qeydə alınıb. Xarici turistlərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin birinci rübü ilə müqayisədə 40,2 faiz artaraq 433,4 min olub ki, bu da ümumi gecələmələrin 55,6 faizini təşkil edir.
Gecələmələrin ümumi sayının 17,8 faizi Hindistan, 17,3 faizi Rusiya, 9,0 faizi Türkiyə, 7,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 6,3 faizi Səudiyyə Ərəbistanı, 3,7 faizi Küveyt, 2,7 faizi Qazaxıstan, 2,7 faizi Böyük Britaniya, 2,4 faizi ABŞ, 2,3 faizi Pakistan, 2,3 faizi Çin, 1,7 faizi Özbəkistan, 1,3 faizi Almaniya, 1,1 faizi İtaliya, 1,1 faizi Gürcüstan, 1,0 faizi Bəhreyn, 0,9 faizi İsrail, 0,8 faizi Qətər, 0,8 faizi Ukrayna, 0,7 faizi Belarus, 0,7 faizi Litva, 0,6 faizi Fransa, 0,6 faizi Polşa, 0,6 faizi İran, 0,6 faizi Oman, 13,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb".
14:10 / 15 Sentyabr 2026
11
14:00 / 15 Sentyabr 2026
45
14:00 / 15 Sentyabr 2026
15168
13:55 / 15 Sentyabr 2026
39
13:50 / 15 Sentyabr 2026
122
13:46 / 15 Sentyabr 2026
221
13:45 / 15 Sentyabr 2026
48
13:36 / 15 Sentyabr 2026
43
13:34 / 15 Sentyabr 2026
57
13:20 / 15 Sentyabr 2026
41
13:15 / 15 Sentyabr 2026
54
13:05 / 15 Sentyabr 2026
46
12:50 / 15 Sentyabr 2026
78
12:42 / 15 Sentyabr 2026
75
12:36 / 15 Sentyabr 2026
323
12:35 / 15 Sentyabr 2026
61
12:30 / 15 Sentyabr 2026
63
12:30 / 15 Sentyabr 2026
51
12:27 / 15 Sentyabr 2026
113
12:13 / 15 Sentyabr 2026
65
12:04 / 15 Sentyabr 2026
67
11:56 / 15 Sentyabr 2026
924
11:55 / 15 Sentyabr 2026
58
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.