Azərbaycanın ixrac etdiyi neft və qaz bahalaşıb
15 Sentyabr 2026, 11:16
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
271
30.04.2024, 12:14
2024-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2023-cü illin eyni dövrü ilə müqayisədə 41,9 faiz artaraq 779,4 min olub.
Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, gecələmələrin ümumi sayının 64,7 faizi Bakıda, 9,3 faizi Qusarda, 4,0 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,6 faizi Şabranda, 3,0 faizi Qəbələdə, 1,8 faizi Lənkəranda, 1,1 faizi Gəncədə, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 7,6 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 40,2 faiz artaraq 433,4 min olub ki, bu da ümumi gecələmələrin 55,6 faizini təşkil edir.
Gecələmələrin ümumi sayının 17,8 faizi Hindistan, 17,3 faizi Rusiya Federasiyası, 9,0 faizi Türkiyə, 7,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 6,3 faizi Səudiyyə Ərəbistanı, 3,7 faizi Küveyt, 2,7 faizi Qazaxıstan, 2,7 faizi Böyük Britaniya, 2,4 faizi ABŞ, 2,3 faizi Pakistan, 2,3 faizi Çin, 1,7 faizi Özbəkistan, 1,3 faizi Almaniya, 1,1 faizi İtaliya, 1,1 faizi Gürcüstan, 1,0 faizi Bəhreyn, 0,9 faizi İsrail, 0,8 faizi Qətər, 0,8 faizi Ukrayna, 0,7 faizi Belarus, 0,7 faizi Litva, 0,6 faizi Fransa, 0,6 faizi Polşa, 0,6 faizi İran, 0,6 faizi Oman, 13,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 44,2 faiz artaraq 346,0 min olmuşdur ki, bu da ümumi gecələmələrin 44,4 faizini təşkil edir.
2024-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 31,1 faiz artaraq 111,7 milyon manat olmuşdur ki, onun da 58,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,9 faizi ictimai iaşə xidmətlərindən, 3,6 faizi müalicə və sağlamlıq xidmətlərindən, 11,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2024-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 17,8 faiz səviyyəsində olub (2023-cü ilin yanvar-mart aylarında 13,4 faiz). Bu göstərici Şabranda 45,5 faiz, Qusarda 41,3 faiz, Bakıda 30,6 faiz, Naftalanda 29,8 faiz, Saatlıda 24,8 faiz, Sabirabadda 20,8 faiz, Beyləqanda 20,4 faiz, Ağcabədidə 20,2 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.
14:10 / 15 Sentyabr 2026
11
14:00 / 15 Sentyabr 2026
45
14:00 / 15 Sentyabr 2026
15168
13:55 / 15 Sentyabr 2026
39
13:50 / 15 Sentyabr 2026
122
13:46 / 15 Sentyabr 2026
221
13:45 / 15 Sentyabr 2026
48
13:36 / 15 Sentyabr 2026
43
13:34 / 15 Sentyabr 2026
57
13:20 / 15 Sentyabr 2026
41
13:15 / 15 Sentyabr 2026
54
13:05 / 15 Sentyabr 2026
46
12:50 / 15 Sentyabr 2026
78
12:42 / 15 Sentyabr 2026
75
12:36 / 15 Sentyabr 2026
323
12:35 / 15 Sentyabr 2026
61
12:30 / 15 Sentyabr 2026
63
12:30 / 15 Sentyabr 2026
51
12:27 / 15 Sentyabr 2026
113
12:13 / 15 Sentyabr 2026
65
12:04 / 15 Sentyabr 2026
67
11:56 / 15 Sentyabr 2026
924
11:55 / 15 Sentyabr 2026
58
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.