Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan gimnastı Dünya Kubokunda bürünc medal qazandı

Azərbaycan gimnastı Dünya Kubokunda bürünc medal qazandı

İDMAN

585

02.04.2022, 19:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın idman gimnastı Nikita Simonov və İvan Tixonov Bakıda keçirilən Dünya Kubokunda final çıxışlarını yerinə yetiriblər.

Məlumata görə, İvan Tixonov Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı paralel qollarda öz məharətini sərgiləyib.

Hakimlərdən 13.833 xal alan idmançı yekunda 7-ci yeri tutub. Qeyd edək ki, Tixonov təsnifat mərhələsində 13.933 xal toplamışdı.

Azərbaycanın digər idman gimnastı Nikita Simonov isə bürünc medal qazanıb. Halqa ilə hərəkətlərdə 14.500 xal toplayan idmançı fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

İtaliyalı Mareska Salvatore 1-ci, türkiyəli İbrahim Çolak isə 2-ci yeri tutub.