Azərbaycan şahmatçısı Nərmin Abdinova Avropa çempionatında qızıl medal qazanıb
11 Noyabr 2026, 22:07
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
4258
14.06.2021, 01:14
18:53
AVRO-2020-nin üçüncü oyun gününə start verilib.
Oxu24.com Apasport.az-a istinadən bildirir ki, D qrupunda mübarizəyə Londonda start verilib.
İngiltərə millisi "Uembli"də Xorvatiyanı qəbul edib. Matça daha fəal başlayan futbolun yaradıcıları təşəbbüsə yiyələnib. Meydan sahiblərinin daha çox hücum qurduğu ilk yarıda balkanlılar da dəfələrlə rəqibin müdafiə xəttini narahat edib. Amma fasiləyədək hesab açılmayıb.
İkinci hissənin əvvəlində də üstün futbol nümayiş etdirən Qaret Sautqeytin yetirmələri fasilədən az sonra hesabı açıb. Rahim Sterlinq xorvatiyalıları məyus edib. Vurulan qoldan sonra da bir müddət oyuna britaniyalılar nəzarət etsə də, Zlatko Daliçin yetirmələri üstünlüyə yiyələnib. Ancaq ingilislərin müdafiə xəttini yara bilməyən Luka Modriç və komanda yoldaşları görüşdən xalsız ayrılıb. 3 il əvvəl dünya çempionatının yarımfinalında Xorvatiyaya 1:2 hesabı ilə uduzan futbolun yaradıcıları bununla da həmin yarışın vitse-çempionundan revanş ala bilib.
Qeyd edək ki, D qrupunun digər matçı sabah keçiriləcək. Şotlandiya Qlazqoda Çexiya ilə görüşəcək.
AVRO-2020
I tur, 13 iyun
D qrupu
17:00. İngiltərə - Xorvatiya - 1:0
Qol: Rahim Sterlinq, 56
Baş hakim: Daniele Orsato (İtaliya)
London. "Uembli" stadionu
---------
17:17
Azərbaycanın da ev sahiblərindən biri olduğu AVRO-2020-nin oyunları davam edir.
Oxu24.com xəbər verir ki, İngiltərə öz meydanında son dünya çempionatının finalçısı Xorvatiyaya qarşı görüşə başladı.
Qrupun iki favoritinin qarşılaşacağı oyunda artıq start heyətlər belədir:
İngiltərə: Pikford; Uolker, Stons, Minqs, Trippyer; Fillips, Rayz; Sterlinq, Maunt, Foden; Keyn.
Xorvatiya: Livakoviç; Vrsalyko, Vida, Kaleta-Kar, Qvardiol; Brozoviç, Kovaçiç, Modriç; Perisiç, Kramariç, Rebiç
Qeyd edək ki, görüş saat 17:00-da start götürüb.
00:43 / 12 Noyabr 2026
1
00:35 / 12 Noyabr 2026
29
00:33 / 12 Noyabr 2026
31
00:27 / 12 Noyabr 2026
49
00:24 / 12 Noyabr 2026
56
00:19 / 12 Noyabr 2026
75
00:17 / 12 Noyabr 2026
81
00:11 / 12 Noyabr 2026
89
23:54 / 11 Noyabr 2026
78
23:52 / 11 Noyabr 2026
86
23:50 / 11 Noyabr 2026
111
23:45 / 11 Noyabr 2026
673
23:28 / 11 Noyabr 2026
81
23:24 / 11 Noyabr 2026
90
23:18 / 11 Noyabr 2026
101
23:09 / 11 Noyabr 2026
104
23:03 / 11 Noyabr 2026
94
23:01 / 11 Noyabr 2026
116
22:55 / 11 Noyabr 2026
90
22:38 / 11 Noyabr 2026
161
22:31 / 11 Noyabr 2026
109
22:26 / 11 Noyabr 2026
6054
22:22 / 11 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.