Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! UEFA "Qarabağ"ın şikayəti İLƏ BAĞLI QƏRAR  VERİB

SON DƏQİQƏ! UEFA \\\"Qarabağ\\\"ın şikayəti İLƏ BAĞLI QƏRAR  VERİB

İDMAN

1547

29.01.2021, 09:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

UEFA "Qarabağ" klubunun sabiq Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı apellyasiya şikayətinə baxıb.

Oxu24.com  Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin müraciəti rədd edilib.

Nəticədə UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin noyabrın 25-dəki qərarı təsdiqlənib.

Qeyd edək ki, UEFA Dağlıq Qarabağ münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin "Qarabağ" 100 000 avro məbləğində cərimələnib.

Xatırladaq ki, Nurlan İbrahimovla bağlı İdman Arbitraj Məhkəməsinə də müraciət olunub. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.