Qaynar xətt:

(+99450) 247 90 86

Avropa çempionatı: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulacaq

Avropa çempionatı: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulacaq

İDMAN

627

20.11.2020, 09:58

Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxacaq.

Oxu24.com -un məlumatına görə, Rüstəm Orucov və Telman Vəliyev (hər ikisi 73 kq) 1/16 final, Murad Fətiyev (81 kq) isə 1/32 final mərhələsindən mübarizəyə qoşulacaq.

73 kq

1/16 final. Rüstəm Orucov - Klaudio Nunyes Dos Santos (Lüksemburq)
1/16 final. Telman Vəliyev - Vadim Şoka (Belarus)

81 kq
1/32 final. Murad Fətiyev - Yaromir Musil (Çexiya)

Qeyd edək ki, ilk yarış günündə Orxan Səfərov (66 kq) qızıl medal qazanıb.