Azərbaycan idmançılarının reytinqi AÇIQLANDI: Birinci yerdə odur
01 Fevral 2026, 11:15
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
731
12.02.2020, 23:57
İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından BakuPost-a verilən məlumata görə, güləşçimiz Ülvü Qənizadə (72 kq) Avropa çempionatına bolqar rəqibi üzərində inamlı qələbə ilə start verib. Lakin 1/4 finalda üçqat dünya çempionu, alman Frank Ştebleri məğlub etmək mümkün olmayıb. Titullu rəqib finaladək irəlilədiyindən güləşçimiz üçüncü yarış günündə - fevralın 12-də təsəlliverici görüşə çıxıb. Ü.Qənizadə cəmi 2 dəqiqə ərzində Moldovadan olan həmkarına qalib gəlib və bürünc medal uğrunda mübarizə aparmaq şansı əldə edib. Həlledici qarşılaşmada ikiqat Avropa çempionu və dünya üçüncüsü Adam Kurakla (Rusiya) qarşılaşan gənc güləşçimiz əzmkar qələbə qazanaraq millimizin hesabına dördüncü bürünc medalı yazıb.
Çempionatda 60 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz Murad Bazarov da bürünc medal qazanıb.
Həmçinin oxuyun
Təmsilçimiz debütdə çətinliklə də olsa, İtaliya güləşçisinə qalib gəlib. Ancaq 1/4 finalda məğlubiyyətdən qaça bilməyib. Ermənistan güləşçisi finala yüksəldiyi üçün M.Bazarov fevralın 12-də təsəlliverici görüşdə iştirak edib və bolqarıstanlı güləşçiyə vaxtından əvvəl qalib gəlib. Finlandiya təmsilçisinə də eyni aqibəti yaşadan yeniyetmələrin Olimpiya çempionu Avropa çempionatının bürünc medalına sahib olub.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.
15:51 / 01 Fevral 2026
1
15:30 / 01 Fevral 2026
210
14:59 / 01 Fevral 2026
44
13:45 / 01 Fevral 2026
60
13:27 / 01 Fevral 2026
48
13:20 / 01 Fevral 2026
72
13:13 / 01 Fevral 2026
62
13:00 / 01 Fevral 2026
91
12:54 / 01 Fevral 2026
297
12:28 / 01 Fevral 2026
750
12:04 / 01 Fevral 2026
60
11:59 / 01 Fevral 2026
574
11:44 / 01 Fevral 2026
84
11:15 / 01 Fevral 2026
443
11:07 / 01 Fevral 2026
126
10:44 / 01 Fevral 2026
533
10:38 / 01 Fevral 2026
138
10:33 / 01 Fevral 2026
121
10:10 / 01 Fevral 2026
197
10:06 / 01 Fevral 2026
117
10:04 / 01 Fevral 2026
94
10:03 / 01 Fevral 2026
102
23:57 / 31 Yanvar 2026
443
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.