Tanınmış futbolçu yüksək VƏZİFƏYƏ təyin olundu
26 İyun 2026, 16:11
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
82
26.06.2026, 14:11
Azərbaycan növbəti dəfə mötəbər bir beynəlxalq idman tədbirinə ev sahibliyi etməyin qürurunu yaşayır. Son illərdə həm komanda, həm də fərdi idman növlərində qazanılan ardıcıl uğurlar, ölkəmizdə idman infrastrukturunun ən yüksək dünya standartlarına çatdırılması Bakını qlobal idman xəritəsinin əsas mərkəzlərindən birinə çevirib. Bu uğurlu seriyanın davamı olaraq, paytaxtımızda bilyardın nüfuzlu və geniş azarkeş kütləsinə malik "sərbəst piramida" növü üzrə Avropa çempionatı keçiriləcək.
Bakı Olimpiya İdman Kompleksində baş tutacaq bu mötəbər turnirdə 10-dan çox ölkəni təmsil edən 100-dən artıq peşəkar idmançının gərgin və maraqlı mübarizəsi gözlənilir. Genişmiqyaslı proqram çərçivəsində həm əsas Avropa çempionatı, həm də bilyard dünyasının veteranları – 40 yaşdan yuxarı idmançılar arasında Avropa Kuboku təşkil olunacaq. Bu böyük idman bayramı təkcə çempionları müəyyənləşdirməyəcək, həm də qitənin ən güclü bilyardçılarının təcrübə mübadiləsi üçün unikal bir platforma rolunu oynayacaq.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən idman eksperti Kənan Məstəliyev bu turnirin Azərbaycan idmanı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Bilyardın sərbəst növü üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi əslində əlamətdar hadisədir. Çünki Azərbaycanda bilyardın ənənələri var, yəni idmançılarımız xüsusilə 90-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bu idman növündə yaddaqalan nəticələrə imza atıblar, yaxşı çıxışlar ediblər.
Sonradan bir qədər sakitçilik çökmüşdü, amma artıq son illərdə bilyardımızda inkişaf hiss olunur. Ötən il tanınmış bilyardçımız Seymur Məmmədov Batumidəki Avropa çempionatında ikinci yerə layiq görülmüşdü. O, çox təcrübəli idmançıdır və onun bu nailiyyəti əslində çox əlamətdar hadisə idi”.
“İdmançılarımız üçün böyük təcrübə olacaq"
Ekspert qeyd edib ki, bu cür irimiqyaslı yarışların ölkəmizdə təşkili yerli idmançıların inkişafına birbaşa təsir göstərir:
“Avropa çempionatının Bakıda keçirilməsi qərarı çox sayda bilyardçımızın yarışda iştirak etməsinə, öz bacarıqlarını nümayiş etdirməsinə və böyük təcrübə qazanmasına şərait yaradacaq.
İdmançılarımız doğma divarlar arasında, öz azarkeşlərinin gözü qarşısında daha motivasiyalı şəkildə uğur qazana bilərlər. Nəticə qazanmasalar belə, bu turnirin atmosferini hiss etmək onlar üçün böyük təcrübədir. Bu yarış bütövlükdə Azərbaycan bilyardının inkişafına böyük bir təkan olacaq”.
“Azərbaycan idman ölkəsi kimi statusunu qoruyur"
Kənan Məstəliyev Azərbaycanın idman strategiyasının uğurlarından da söz açıb:
"Azərbaycanın belə bir turnirə ev sahibliyi etməsi çox qürurvericidir. Ölkəmiz fərdi və komanda idman növləri ilə yanaşı, həm də stolüstü idman növlərində də həmişə ön planda olub, dünyada idman ölkəsi kimi tanınıb. Bu Avropa çempionatının təşkili də bizim idman strategiyamızın, ölkə olaraq idman sahəsindəki inkişafımızın növbəti təzahürüdür və bu istiqamətə öz xüsusi töhfəsini verəcəkdir”.
Çimnaz Telmanqızı
16:27 / 26 İyun 2026
25
16:15 / 26 İyun 2026
34
16:11 / 26 İyun 2026
47
16:04 / 26 İyun 2026
49
16:00 / 26 İyun 2026
47
15:54 / 26 İyun 2026
51
15:52 / 26 İyun 2026
59
15:44 / 26 İyun 2026
75
15:40 / 26 İyun 2026
60
15:09 / 26 İyun 2026
81
14:55 / 26 İyun 2026
59
14:49 / 26 İyun 2026
68
14:45 / 26 İyun 2026
65
14:37 / 26 İyun 2026
63
14:29 / 26 İyun 2026
76
14:24 / 26 İyun 2026
86
14:21 / 26 İyun 2026
104
14:17 / 26 İyun 2026
91
14:14 / 26 İyun 2026
81
13:33 / 26 İyun 2026
90
13:25 / 26 İyun 2026
95
13:19 / 26 İyun 2026
91
13:12 / 26 İyun 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.