Xərçəngin heç kimin bilmədiyi məqsədi: O, sizi öldürmək istəmir
25 İyun 2026, 23:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
63
26.06.2026, 12:45
Dəridə yaranan qaşınma əksər hallarda adi və müvəqqəti hal kimi qiymətləndirilsə də, bəzi vəziyyətlərdə bu əlamət ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər.
Dermatonevroloq Şövqi Salahov Oxu24.com-a açıqlamasında bildirib ki, qaşınmanın müddəti, intensivliyi və müşayiət olunan digər əlamətlər onun səbəbinin müəyyənləşdirilməsində mühüm rol oynayır.Sağlam insanın gün ərzində bir neçə dəfə qaşınması tamamilə normaldır və bu, narahatlıq doğurmamalıdır:“İnsan robot deyil. Gün ərzində 50-60 dəfə qaşınmaq normal fizioloji prosesdir. Dəriyə toz dəyə bilər, yüngül allergik reaksiya ola bilər, ətraf mühit faktorları təsir göstərə bilər. Bunlar adi hallardır və xüsusi narahatlığa səbəb olmur. Ancaq elə qaşınmalar var ki, günlərlə, həftələrlə, hətta aylarla davam edir. Məhz bu zaman mütləq həkimə müraciət etmək lazımdır.”
Şövqi Salahov vurğulayır ki, xüsusilə gecələr artan və gündəlik həyat keyfiyyətini aşağı salan qaşınmalar diqqətdən kənarda qalmamalıdır:“Əgər qaşınma gecə saatlarında daha da güclənirsə, yuxunu pozursa, eyni əlamətlər ailənin digər üzvlərində də müşahidə olunursa və ya qaşımaqla sakitləşmirsə, artıq mütəxəssis müayinəsi vacibdir. Çünki burada səbəb adi allergiya yox, başqa xəstəliklər ola bilər.”
Mütəxəssis qeyd edir ki, gecə saatlarında güclənən və qısa müddət ərzində ailənin digər üzvlərinə də keçən qaşınmaların ən çox rast gəlinən səbəblərindən biri qotur xəstəliyidir:“Əgər sizdə başlayan qaşınma bir neçə həftə ərzində evdə yaşayan digər şəxslərdə də yaranıbsa, burada qotur ehtimalı yüksəkdir. Bu xəstəliyin müalicəsi mümkündür, lakin vaxtında diaqnoz qoyulmalıdır.”
Dermatonevroloqun sözlərinə görə, bəzən qaşınma yalnız müəyyən bir nahiyədə davamlı şəkildə müşahidə olunur. Bu halda isə səbəb neyrodermit ola bilər:“Əgər eyni nahiyə daima qaşınırsa və problem uzun müddət davam edirsə, burada neyrodermitdən söhbət gedə bilər. Bu xəstəlik sinir sistemi ilə sıx əlaqəlidir. Stress, emosional gərginlik və psixoloji yüklənmə onun yaranmasına və ya şiddətlənməsinə təsir göstərə bilir.”
Şövqi Salahov bildirir ki, bəzi hallarda dəri qaşınması daxili orqan xəstəliklərinin ilk əlaməti kimi ortaya çıxır:“Qaraciyər xəstəlikləri, böyrək problemləri, maddələr mübadiləsinin pozulması və digər sistemik xəstəliklər özünü uzunmüddətli qaşınma ilə göstərə bilər. İnsanlar bunu sadə dəri problemi hesab edib vaxt itirirlər. Halbuki erkən diaqnostika gələcək ağırlaşmaların qarşısını ala bilər.”
Mütəxəssis qidalanma məsələsinə də diqqət çəkərək bildirir ki, müasir dövrdə istifadə olunan bir çox məhsul allergik reaksiyalara və qaşınmaya səbəb ola bilir:“Yediyimiz qidaların tərkibində nələrin olduğunu hər zaman bilmirik. Müxtəlif qatqılar, konservantlar və allergenlər dəri problemlərinə yol aça bilər. Buna görə qidalanmaya diqqət yetirmək və orqanizmin hansı məhsullara həssas olduğunu müşahidə etmək vacibdir.”
Dəri quruluğunun da qaşınmanın əsas səbəblərindən biri olduğunu qeyd edən həkim, vətəndaşlara bəzi gigiyena vasitələrindən həddindən artıq istifadə etməməyi tövsiyə edir:“Dərinin həddindən artıq quruması qaşınmaya səbəb olur. İnsanlar bəzən kükürdlü sabunlardan, müxtəlif qara sabunlardan və sərt kisələnmə üsullarından həddindən artıq istifadə edirlər. Bu isə dərinin qoruyucu təbəqəsini zədələyərək quruluğu artırır və nəticədə qaşınma yaranır. Hər şey ölçülü olmalıdır.”
Şövqi Salahovun fikrincə, uzun müddət davam edən qaşınmanı özbaşına müalicə etməyə çalışmaq əvəzinə, səbəbi müəyyənləşdirmək daha vacibdir:“Qaşınma bir simptomdur, xəstəlik deyil. Əsas məsələ onun arxasında hansı problemin dayandığını müəyyən etməkdir. Bunun üçün isə mütləq mütəxəssis müayinəsi lazımdır. İnsanlar öz sağlamlıqlarına diqqətlə yanaşmalı, bədənlərinin verdiyi siqnalları vaxtında dəyərləndirməlidirlər.”
Mütəxəssis sonda vətəndaşlara müraciət edərək bildirib ki, davamlı və səbəbi bilinməyən qaşınmalar heç vaxt diqqətdən kənarda saxlanılmamalıdır. Çünki bəzən sadə görünən bir əlamət ciddi xəstəliklərin erkən xəbərdarlıq siqnalı ola bilər.
Jalə
13:33 / 26 İyun 2026
42
13:25 / 26 İyun 2026
58
13:19 / 26 İyun 2026
59
13:12 / 26 İyun 2026
63
13:06 / 26 İyun 2026
100
13:05 / 26 İyun 2026
95
13:03 / 26 İyun 2026
98
12:59 / 26 İyun 2026
88
12:52 / 26 İyun 2026
215
12:50 / 26 İyun 2026
61
12:48 / 26 İyun 2026
64
12:47 / 26 İyun 2026
59
12:31 / 26 İyun 2026
232
12:20 / 26 İyun 2026
74
12:16 / 26 İyun 2026
79
12:08 / 26 İyun 2026
63
11:58 / 26 İyun 2026
93
11:40 / 26 İyun 2026
79
11:32 / 26 İyun 2026
64
11:23 / 26 İyun 2026
83
11:16 / 26 İyun 2026
64
11:00 / 26 İyun 2026
74
10:14 / 26 İyun 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.