Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan-Portuqaliya oyununun hakimləri AÇIQLANDI 

Azərbaycan-Portuqaliya oyununun hakimləri AÇIQLANDI 

İDMAN

137

24.03.2026, 21:33

AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun 8-ci turunda Azərbaycan və Portuqaliya U-21 yığmaları arasında Bakıda keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

Oxu24.com  xəbər verir ki, 8-ci kilometr qəsəbə stadionunda təşkil olunacaq görüşün baş hakimi yunanıstanlı Xristos Vergetis olacaq.

Ona həmyerliləri Andreas Fotopoulos və Konstantinos Staikos kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Aleksandros Katsikogiannis yerinə yetirəcək.

Qarşılaşma martın 27-si saat 15:00-da başlayacaq.