“Qarabağ”da barışıq: Qurbanov Elvini geri qaytardı - Gözlənilməz zəng
01 May 2026, 22:53
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
808
06.02.2026, 10:26
Deputat: "Bu, döyüşə girmiş ordu bölümünə digər bir ordu bölümünün logistik dəstək verməkdən imtinası kimidir"
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşı keçiriləcək səfər matçına yaxşı hazırlaşmaq üçün Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. Ağdam təmsilçisi İngiltərəyə yollanmamışdan öncə Misli Premyer Liqasının 21-ci turunda “Neftçi”yə qarşı keçiriləcək matçın təxirə salınmasını istəyib.“Köhlən atlar” bununla bağlı PFL-ə məktub göndərib.
Çempionatın təşkilatçısı olan qurum da öz növbəsində razılıq üçün “Neftçi”yə müraciət edib. Lakin Bakı klubu “Qarabağ”ın bu istəyini geri çevirib.
“Neftçi”nin Media üzrə koordinatoru Rüstəm Əfsərli də açıqlamasında məlumatı təsdiq edib:
“Qarabağ”dan belə bir təklif gəlmişdi, amma biz bundan imtina elədik. Çünki komandamızın qarşısında hədəflər var, mövsüm sona yaxınlaşır, həlledici mərhələyə qədəm qoyuruq. Bu hədəflərə uyğun olaraq da hazırlıq planı nəzərdə tutulub. Hər hansı matçın vaxtının, yerinin dəyişdirilməsi planlara mənfi təsir göstərə bilər. Buna görə də fikirləşdik ki, oyunun təxirə salınması məqsədəuyğun deyil. Ən yaxşısı elə təqvimlə nəzərdə tutulan həftədə matçın oynanılmasıdır”.
Həmçinin oxuyun
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” görüşü fevralın 21-i keçiriləcək və saat 19:00-da başlayacaq.
Futbolla yaxından maraqlanan, Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bu məsələ ilə bağlı Musavat.com-da kifayət qədər sərt danışdı:
“Təbii ki, “Qarabağ” komandası çox məsul bir oyun ərəfəsindədir və belə bir addım atmalı idi. Bu, bütün ölkələrin praktikasında var. Komandanın ehtiyat skamyası da məhduddur. Həm də imkanları “Nyukasl”la müqayisədə çox-çox aşağıdır. Bu da onu tələb edir ki, klub daha ciddi şəkildə, zədələr olmadan, problemsiz bu oyuna hazır vəziyyətə gəlsin. Onun üçün də daxili çempionatda bir oyunun təxirə salınması ilə bağlı “Neftçi” komandasına müraciət edib. Təbii ki, bu məsələdə də “Neftçi” klubunun da hüquqi var ki, bu müraciəti qəbul etməsin. Amma “Neftçi”nin yox demək hüquqi olsa da, haqqı yoxdur. Azərbaycanın Cinayət Məcəlləsində ictimai mənəviyyat əleyhinə olan kateqoriya var. Bu, birbaşa ictimai mənəviyyat əleyhinə olan bir cinayət açıqlamasıdır. Bilirsiniz niyə? Bu açıqlamanı verən, yaxud bu açıqlamanı vermək barədə qərar qəbul edən şəxslərin Azərbaycana sevgilərinin olduğuna şübhə ilə yanaşıram. Bu ərəfədə “Qarabağ” təkcə özünü təmsil etmir, həm də “Neftçi”ni təmsil edir.
“Qarabağ”ın Avropa məkanında qazandığı puldan böyük məbləğ də, təxminən 800 min avroya yaxın “Neftçi”yə düşür. Siz təsəvvür edin ki, ona pul qazandıran, xeyir gətirən bir komandaya dar bir korporativ maraqlar ucbatından bu cür təklifi rədd edirlər. Bu məsələ ciddi şəkildə müzakirə olunmalıdır. Hətta bu məsələyə ölkə rəhbərliyi belə qarışmalıdır. Çünki bu qədər vəsaitlər “Neftçi” üçün xərclənir, amma ortaya bir nəticə qoya bilmir, indi guya bir oyunu təxirə salmasalar, uğur qazanacaqlar. Buna ad vermək mümkün deyil. Hər kəs bilməlidir ki, bu ictimai mənəviyyat məsələsidir. Dövlətin və xalqın marağı olan, böyük bir çoxluğun diqqətində yer alan məsələdə bu cür davranmağın heç bir izahı yoxdur. Bu baxımdan da məncə, bu məsələ cəmiyyətdə çox ciddi müzakirə olunmalıdır. Bu, döyüşə girmiş ordu bölümünə digər bir ordu bölümünün logistik dəstək verməkdən imtinası kimidir. Onun üçün də bunun çox ciddi bir hadisə olduğunu düşünürəm. Mənə elə gəlir ki, bu oyun təxirə salınmasa, “Qarabağ” özünün ikinci heyəti ilə bu oyuna çıxıb “Neftçi”yə futbol dərsi verməlidir. Cəmiyyətdə də insanlar məhz bu oyuna görə “Qarabağ”ı dəstəkləməlidir. Şəxsən mən həmin oyunda “Qarabağ”ı hərtərəfli dəstəkləməyə hazıram. Çünki döyüşə gedən bu ordu bölümünə qarşı edilən bu hərəkət məğlubiyyətə-ümumi, milli məğlubiyyətə dəstək verməkdən başqa bir şey deyil. Ona görə də, bu əməlin hesab edirəm ki, “Neftçi” üçün də ciddi nəticələri olmalıdır”.
00:45 / 02 May 2026
83
23:50 / 01 May 2026
188
23:39 / 01 May 2026
48
23:29 / 01 May 2026
53
23:21 / 01 May 2026
155
22:53 / 01 May 2026
175
22:36 / 01 May 2026
211
22:25 / 01 May 2026
381
22:20 / 01 May 2026
208
22:11 / 01 May 2026
449
21:59 / 01 May 2026
203
21:57 / 01 May 2026
68
21:48 / 01 May 2026
142
21:44 / 01 May 2026
65
21:40 / 01 May 2026
70
21:35 / 01 May 2026
75
21:33 / 01 May 2026
90
21:30 / 01 May 2026
86
21:27 / 01 May 2026
79
21:22 / 01 May 2026
274
21:16 / 01 May 2026
429
21:10 / 01 May 2026
464
21:04 / 01 May 2026
209
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.