Ronaldo Messiyə nə YAZIB?
07 Oktyabr 2026, 23:09
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
795
03.11.2025, 11:19
“O mənim dayımoğlu yox, qardaşım idi. Biz bir evdə böyümüşük”.
Bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycan millisinin üzvü Mahir Emreli deyib.
O, noyabrın 1-də meyiti tapılan dayısıoğlu Sabit Ağayevdən danışıb: “Həmin gecə xəbər tutdum. Mənim üçün dəhşətli xəbərdir. Onunla bir evdə yaşamışıq. Harasa bir yerə gedəndə onu dost-tanışa qardaşım kimi təqdim edirdim. Çünki biz həqiqətən, qardaş olmuşuq. Bu xəbər məni çox sarsıtdı. Həmin gecə belə bir hadisənin olduğunu öyrəndim və sabaha qədər yata bilmədim. Mən “Konyaspor”da çıxış edəndə o yanımda idi və bir evdə qalırdıq.
Bir müddət saçlarımı sarı rəngə boyamağımın səbəbi də Sabit idi. O, “Qalatasaray” futbolçusu Mauro İkardinin azarkeşi idi. Ona görə də məndən xahiş edirdi ki, saçımı sarı edim. Mən də etdim. Sabit özü də futbolçu olub. “Simurq” komandasında oynayırdı, əvəzedici heyətdə xeyli oyun keçirmişdi. Amma sonradan Zaqatala klubu dağıldığı üçün o da futbolun başını buraxdı. İşi var idi, hər şey qaydasında idi. Niyə intihar elədiyini heç bilmirəm... Çünki çox zarafatcıl, şən adam idi. Bir mesaj yazanda belə o qədər şən yazırdı ki, düşünürdün bundan xoşbəxt adam yoxdur. Nə baş verdi, nə oldu?.. Özü də evli idi, 4-5 aylıq uşağı var. Amma hamımızı bədbəxt eləyib getdi. Özümə gələ bilmirəm...”
M.Emreli həmçinin mərhum dayısıoğlu haqqında yayılan şayiələrə də aydınlıq gətirib: “Onun toy maşınını da mən idarə etmişəm. Nə problemi olsa, mənə deyərdi. Bilmirəm ki, niyə belə oldu?.. Hər kəs yazır ki, borcu var idi, bunlar boş söhbətlərdir. Heç kim çıxıb deyə bilməz ki, onun borcu var. Kirayə evə 2-3 həftə olardı ki, çıxmışdı. Amma hər kəs deyir ki, kirayədə yaşayıb, bunlar hamısı şayiədir. Elə bir məsələdir ki, ancaq ailəsi bilər. Biz qarışa bilmərik”.
00:32 / 09 Oktyabr 2026
37
00:11 / 09 Oktyabr 2026
67
00:04 / 09 Oktyabr 2026
469
00:01 / 09 Oktyabr 2026
78
23:50 / 08 Oktyabr 2026
71
23:27 / 08 Oktyabr 2026
86
23:13 / 08 Oktyabr 2026
107
23:10 / 08 Oktyabr 2026
76
23:03 / 08 Oktyabr 2026
130
23:01 / 08 Oktyabr 2026
181
22:50 / 08 Oktyabr 2026
200
22:41 / 08 Oktyabr 2026
90
22:19 / 08 Oktyabr 2026
82
22:06 / 08 Oktyabr 2026
130
21:58 / 08 Oktyabr 2026
101
21:53 / 08 Oktyabr 2026
92
21:36 / 08 Oktyabr 2026
98
21:29 / 08 Oktyabr 2026
93
21:28 / 08 Oktyabr 2026
1257
21:19 / 08 Oktyabr 2026
132
20:55 / 08 Oktyabr 2026
78
20:42 / 08 Oktyabr 2026
97
20:27 / 08 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.