ÇL: “Sabah” nə qədər qazanc əldə etdi? – Rekord məbləğ
26 Avqust 2026, 11:25
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
705
08.01.2025, 13:04
Xəbər verdiyimiz kimi, “Qarabağ”ın forvardı Olavio Juninyonu Braziliyanın “Flamenqo” və İspaniyanın “Sevilya” klubu transfer etmək istəyir.
Oxu24.com xəbər verir ki, ötən günə qədər “sambaçı”nın Avropada karyerasını davam etdirmək istədiyi və “Sevilya” ilə anlaşdığı deyilirdi.
“Flamenqo”nun məsələyə ciddi yanaşması isə vəziyyəti dəyişib. Braziliya və İspaniya mətbuatının yazdığına görə, cənubi amerikalılar forvard üçün daha yaxşı təklif göndərib.
Məsələyə isə “Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov aydınlıq gətirib. O, saytımıza açıqlamasında bu keçidlə bağlı son vəziyyəti açıqlayıb: “Əslində, vəziyyət fərqlidir. Mediada yazılanların hamısı doğru deyil. Məsələn, bir neçə gün öncə ispaniya mətbuatı yazmışdı ki, Juninyo “Sevilya”ya getmək üçün cibindən “Qarabağ”a 1 milyon avro ödəyəcək. Amma bu danışıqların heç bir mərhələsində müzakirə mövzusu belə olmayıb. Bizə təklif göndərən klublara gəlincə, onlar əvvəl də var idi, indi də var. Sadəcə belədir ki, danışıqlar uzandıqca hansısa klubun mövqeyi güclənir, digəri zəifləyir. Amma bu o demək deyil ki, bir klubun təklifi digərindən zəifdir. İndi vəziyyət elədir ki, hər an hər şey dəyişə bilər. Yekunlaşmaq o deməkdir ki, məsələdə üçtərəfli müqavilə imzalansın. Hazırki durumda isə konkret nəsə yoxdur. Danışıqların növbəti mərhələsindəyik. Yaxın günlərdə hadisələrin inkişafı barədə daha dəqiq nəsə olacaq”.
Qeyd edək ki, İspaniya mətbuatının yazdığına görə, “Sevilya” “Qarabağ”a Juninyo üçün təxminən 4 milyon avro, futbolçunun özünə isə illik 700 min avro maaş təklif edib. “Flamenqo” isə “Qarabağ”a təxmini olaraq 5 milyon avro, futbolçuya isə illik 2 milyon avrodan çox maaş verəcək.
14:10 / 27 Avqust 2026
11
13:51 / 27 Avqust 2026
39
13:45 / 27 Avqust 2026
34
13:34 / 27 Avqust 2026
53
13:30 / 27 Avqust 2026
49
13:19 / 27 Avqust 2026
45
13:10 / 27 Avqust 2026
54
12:54 / 27 Avqust 2026
57
12:51 / 27 Avqust 2026
57
12:35 / 27 Avqust 2026
192
12:31 / 27 Avqust 2026
57
12:27 / 27 Avqust 2026
1044
12:13 / 27 Avqust 2026
113
12:07 / 27 Avqust 2026
56
12:01 / 27 Avqust 2026
58
11:48 / 27 Avqust 2026
328
11:39 / 27 Avqust 2026
53
11:37 / 27 Avqust 2026
61
11:33 / 27 Avqust 2026
67
11:29 / 27 Avqust 2026
68
11:28 / 27 Avqust 2026
68
11:16 / 27 Avqust 2026
71
10:54 / 27 Avqust 2026
324
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.