Qaynar xətt:

(+99450) 247 90 86

"Turan Tovuz" rus futbolçunu transfer edir

"Turan Tovuz" rus futbolçunu transfer edir

İDMAN

208

20.12.2024, 15:29

“Turan Tovuz” heyətini Rusiyanın “Dinamo” (Mahaçqala) klubunda çıxış edən Anton Kraçkovski ilə güləndirir.

Oxu24.com xəbər verir ki, bölgə təmsilçisi 22 yaşlı futbolçunun keçidi ilə bağlı Mahaçqala klubu ilə razılığa gəlib.

Baş məşqçi Kurban Berdiyevin istəyi ilə transfer edilən rusiyalı oyunçu komandaya icarə əsasında qoşulacaq.

Qeyd edək ki, Anton Kraçkovski “Dinamo”ya da 2023-cü ildə məhz K.Berdiyevin istəyi ilə Qazaxıstanın “Kayrat” komandasından cəlb edilmişdi. Futbolçu bu mövsüm Rusiya Premyer Liqasında 7 matçda forma geyinib.