Qaynar xətt:

(+99450) 247 90 86

İngiltərə millisinin baş məşqçisi istefa verdi

İngiltərə millisinin baş məşqçisi istefa verdi

İDMAN

338

16.07.2024, 16:27

İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt istefa verib.

Oxu24.com xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının rəsmi “X” sosial media hesabında məlumat verilib.

Açıqlamada 2016-cı ildən milliyə rəhbərlik edən 53 yaşlı çalışdırıcının yığmadakı vəzifəsini tərk edəcəyi bildirilib.

Qeyd edək ki, İngiltərə seçməsi Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının finalında İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olub.