Qaynar xətt:

(+99450) 247 90 86

Serbiya klubu “Qarabağ”ın forvardını istəyir

Serbiya klubu “Qarabağ”ın forvardını istəyir

İDMAN

220

04.06.2024, 16:00

“Qarabağ”ın braziliyalı hücumçusu Juninyo daha bir klubun maraq dairəsindədir.

“Qafqazinfo” “Mondo”ya istinadən xəbər verir ki, braziliyalını heyətinə qatmaq istəyən növbəti komanda  Serbiya təmsilçisi “Srvena Zvezda”dır.

Serblər uzun müddətdir ki, 27 yaşlı hücumçunu izləyir. Tanınmış klubun braziliyalı üçün “Qarabağ”la danışıq aparacağı qeyd olunur.

Xatırladaq ki, Juninyonu “Braqa” və "Beşiktaş" da transfer etmək istəyir.