Qaynar xətt:

(+99450) 247 90 86

"Real Madrid"in prezidenti ukraynalı qolkiperə  müraciət edib

İDMAN

367

21.04.2024, 10:44

"Real Madrid"in prezidenti Florentino Peres Çempionlar Liqasının 1/4 finalında "Real"ın penaltilər seriyasında qalib gəldiyi "Mançester Siti" ilə oyundan sonra komandanın ukraynalı qapıçısı Andrey Luninlə müqaviləni uzatmaq istədiyini bildirib.

 

Oxu24.com  xəbər  verir   ki,  bu  barədə  Realmadridexclusivo məlumat yayıb.

 

“Daha çox oynamaq üçün başqa kluba gedə bilərsiniz. Ancaq buradakı qədər şöhrət qazana bilməyəcəksiniz",- deyə Peres bildirib.

 

“Mançester Siti” ilə oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

 

Rodriqo 12-ci dəqiqədə Edersonun qapısına “Real”ın qolunu vurub.

 

"Mançester Siti"nin heyətində Kevin De Bruyne 76-cı dəqiqədə Antonio Rudigerin səhvindən sonra fərqlənib.

 

Bu komandaların ilk oyunu da heç-heçə, 3:3 hesabı ilə başa çatdığından, qalib “Real Madrid” futbolçularının daha dəqiq olduğu (4:3) penaltilər seriyasında müəyyənləşib.

 

Yarımfinalda Madrid "Bavariya" ilə qarşılaşacaq ki, bu da öz növbəsində London "Arsenal"ını turnirdən kənarlaşdırıb.

 

Miri