Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
864
az

Rütbədən vurulan hərbçilərin nəzərinə - Şansınız hələ var

11:1120 Aprel, 2018
3274
HÜQUQ
  • A
Oxu24.com  vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu hərbi rütbələrin aşağı salınması və bərpa olunması qaydaları ilə bağlıdır.

Qeyd olunan məsələ "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə öz əksini tapıb.Əsasnamədə qeyd olunur ki,hərbi qulluqçular (əsgər və matros hərbi rütbələri olanlardan başqa) ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə məhkum edildikdə məhkəmənin təqdimatı əsasında və ya Azərbaycan Respublikasının vətəndaşlığını itirdikləri halda onlara verilmiş hərbi rütbədən məhrum edilə və əsgər, matros rütbəsinə endirilə bilərlər.

Bundan başqa, hərbi qulluqçular (zabit heyətindən başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ilə nəzərdə tutulmuş qaydada hərbi rütbədən məhrum edilə və hərbi rütbədə bərpa edilə bilərlər.

Məhkəmə tərəfindən azadlıqdan məhrum edilməyə məhkum edilənlərdən başqa hərbi rütbədən məhrum edilmiş şəxslər sülh dövründə əsgər kimi ehtiyata buraxılır (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), müharibə dövründə isə hərbi xidmətdə saxlanılmaqla müvafiq əsgər və matros vəzifələrinə keçirilirlər.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsində nəzərdə tutulmuş qaydada hərbi rütbədən məhrum edilmiş gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilənədək müddətli həqiqi hərbi xidmət üçün müəyyən edilmiş müddəti bitirməyən hərbi qulluqçular (qadın hərbi qulluqçulardan başqa) əsgər, matros vəzifələrinə keçirilir və öz yaşıdları ilə birgə ehtiyata buraxılırlar.


Bəs rütbəsi alınmış hərbi qulluqçu rütbənin bərpası üçün yenidən müraciət edə bilərmi?

Femida.az xəbər verir ki, cinayət törətdiklərinə görə hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri məhkəmənin qərarı ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən həmin hərbi rütbəni vermək hüququ olan vəzifəli şəxslər tərəfindən bərpa edilir.

Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələri (əsgər və ya matros, kiçik gizir və ya kiçik miçman, kiçik leytenant rütbəsində olanlardan başqa) intizam cəzası tədbiri kimi və ya zabitlərin, gizirlərin, miçmanların şərəf məhkəməsinin vəsatəti əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ilə belə hüquq verilmiş birbaşa rəisin qərarı ilə bir pillə aşağı salına bilər. Ali zabitlərin rütbələrinin aşağı salınması və aşağı salındıqdan sonra hərbi rütbədə bərpa edilməsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular tutduqları vəzifədən asılı olmayaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ilə müəyyən edilmiş müddət bitdikdə, hərbi rütbənin aşağı salınması haqqında qərar qəbul etmiş, onlara bərabər və onlardan yuxarı səlahiyyətlərə malik olan rəislərin əmrləri ilə hərbi rütbədə bərpa edilirlər.

Hərbi qulluqçunun əvvəlki rütbəsi bərpa edilənə və növbəti hərbi rütbə verilənə kimi hərbi rütbəsinin təkrarən aşağı salınmasına yol verilmir.

Hərbi rütbədən məhrum edilən şəxslər və ya haqqında qeyri-qanuni hərəkətlər edilməklə əlaqədar hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə bərpa edilirlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Başqasının evində pulla qeydiyyata düşənləri gözləyən təhlükə - Video
Yaralı hərbçimiz şəhid oldu - Foto
Yaralı hərbçimiz şəhid oldu - Foto

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu