Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycana Türkiyədən hücuma keçənlər ifşa edildi! -Görün kimlərmiş... 

Azərbaycana Türkiyədən hücuma keçənlər ifşa edildi! -Görün kimlərmiş... 

SİYASƏT

70

24.10.2026, 14:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Araşdırmaçı-yazar "Türkiyənin daxilindəki din alverçiləri dünyəvi Azərbaycanı hədəf seçib!”

Son bir aydır Azərbaycan ilə Türkiyə arasında müəyyən məsələlərdə müşahidə olunan soyuqluq və qardaş ölkənin bəzi siyasi-dini dairələrində Bakıya qarşı başladılan çirkin qarayaxma kampaniyası artıq gizlədilməsi mümkün olmayan bir həddə çatıb. Redaksiya olaraq vurğulayırıq ki, bu gərginliyin kökündə Azərbaycanda orta məktəblərdə vahid geyim formasının tətbiqi, ölkəmizin regiondakı rasionallığı və müstəqil xarici siyasət yürütməsi dayanır. Türkiyədə kök salmış radikal dini cərəyanlar, təriqətlər və siyasi islamın müəyyən təmsilçiləri (hətta dövlət vəzifəsi tutan bəzi məsuliyyətsiz şəxslər) Azərbaycanın dünyəvi dövlət quruluşunu və daxili qərarlarını həzm edə bilmir, süni şəkildə islam təəssübkeşliyi görüntüsü yaradaraq ictimai rəyi Bakıya qarşı qızışdırmağa çalışırlar. Türkiyənin daxilində tüğyan edən yüzlərlə problemə, rüşvətə, qadın cinayətlərinə, AKP rəhbərliyini də əhatə edən "fond böhranı"na göz yuman bu qaragüruh şəbəkəsi öz uğursuzluqlarını pərdələmək üçün sadiq müttəfiq olan Azərbaycanı açıq hədəfə çevirib.

Oxu24.com  xəbər verir ki, tanınmış araşdırmaçı-yazar Dilqəm Əhməd Türkiyənin sosial şəbəkə platformalarında və mediasında Azərbaycan əleyhinə alovlandırılan bu təxribat xarakterli kampaniyanı kəskin tənqid atəşinə tutub.

O, qardaş ölkənin sosial media seqmentində yazılan minlərlə şərhi və rəyləri təhlil etdiyini bildirərək, iki ölkə arasındakı münasibətlərə zərbə vuran anti-Azərbaycan qüvvələrinin kimliyini bir-bir ifşa edib. D.Əhməd real mənzərəni tam çılpaqlığı ilə ortaya qoyaraq bəyan edib:

“Gördük ki, Azərbaycanla münasibətlərə önəm verən qüvvələr MHP idarəçiliyi, Türk Ocaqları, Atatürk dəyərlərinə önəm verən millətçi-mühafizəkarlardır. Azərbaycanın əleyhinə olanlar isə 99 faiz müxtəlif təriqətlər, camaatlar, yobazlar, qaragüruhlar oldu”.

Yazar Türkiyə cəmiyyətini və siyasətini içəridən parçalayan radikal dini qrupların daxilindəki rəzil maraq toqquşmalarına da diqqət çəkib. O qeyd edib ki, normal şəraitdə pul və nüfuz davası aparan bu kəsimlər söz Azərbaycan düşmənçiliyinə gəldikdə dərhal vahid cəbhədə birləşirlər:

“Türkiyəni yaxşı bilənlər bilir ki, bu qüvvələrin özləri arasında da minbir qarşıdurma var. Bu qarşıdurmalar da əsasən pul və güc üstündədir. Bir-birini yeyən bu qüvvələri Azərbaycan düşmənçiliyi birləşdirdi. Halbuki bu qüvvələr dünənə qədər Azərbaycandakı müsəlmanlara da (xüsusən şiə kəsiminə) bidətçi deyirdilər”.

Təriqətlərin və dini klanların tarix boyu Türkiyə dövlətinin özünə belə ağır zərbələr vurduğunu xatırladan Dilqəm Əhməd, islam dünyasının ilk dünyəvi respublikası olan Azərbaycanın bu yalan maşınına qarşı ciddi şəkildə müqavimət göstərməli olduğunu və Bakının ideoloji müstəvidə ciddi hazırlıq görməsinin mütləqliyini vurğulayıb:

“Bu təriqətlərin dəstəklədiyi media quruluşlarında nə qədər yalanlar yazıldı. Ona görə də bu qüvvələrə qarşı ideoloji hazırlıq mütləqdir. İnşallah, problemlər aradan qalxar. Amma bundan asılı olmayaraq baş verənlərdən dərs çıxarmalıyıq”.