Öz adına kredit götürüb başqasına verənlərə VACİB XƏBƏR — Məhkəmə təhlükəsi
15 Dekabr 2025, 22:09
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
6734
29.03.2018, 20:58
Dünən sosial şəbəkələrdə küçəni süpürərkən avtomobil vurması nəticəsində dünyasını dəyişən yaşlı qadının fotosu yayılıb. Həmin foto böyük etirazlara və müzakirələrə səbəb olub. Məsələ ilə bağlı mətbuata açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev bildirib ki, Azərbaycanda qeyri-ixtisas peşə sahələri ilə məşğul olan şəxslərə yaş məhdudiyyəti qoyulmur:
<a href=\" https://www.facebook.com/sozbazari/" target=\"_blank\">BİZİ BURADAN İZLƏYİN </a>
“Yaş məhdudiyyəti işçi tələbatı çox, sahə mütəxəssisi kifayət qədər, intellektual əməklə məşğul olan və lazımi işləri yerinə yetirə bilməyən şəxslərə qoyulur. Fiziki əməklə məşğul olanlara belə bir məhdudiyyət qoyulmur. Məsələn, qeyri-ixtisaslı peşə sahibləri - fəhlələr, təmizləmə, yaşıllaşdırma işi ilə məşğul olanlar işləyirsə və onun fiziki gücü, sağlamlığı imkan verirsə, ona niyə qadağa qoyulsun ki?! Onu da qeyd edim ki, məhdudiyyət məsələsi yalnız dövlət büdcəsindən maaliyyələşən şəxslərə qoyulur. Müəllimlər, həkimlər, mühəndislər bu qəbildəndir. Çünki onlar yaşlanıb, müəyyən yaşa çatdıqdan sonra yenilikləri qəbul edə bilmirlər. Bunun üçün onlara yaş məhdudiyyəti qoyulur ki, yerlərinə gənc kadrlar cəlb oluna bilsin. Yol-nəqliyyat hadisəsinə qaldıqda isə maşın yaşlı adamı da, cavanı da, uşağı da, işləyəni, işləməyəni də vura bilər. Bu səbəbdən mənə elə gəlir ki, gedən bu müzakirələr, sadəcə olaraq, yersizdir. Bu cür yanaşmanı düzgün qəbul etmirəm.
Həmçinin oxuyun
Millət vəkilinin bu sözləri hüquqşünas Nicat Gözəlovu hiddətə gətirib. Milli Hüquq Evinin rəhbəri fikirlərini bildirərək deputatı sərt şəkildə tənqid edib.
1. “Yaş məhdudiyyəti yalnız dövlət büdcəsindən maliyyələşən, işçi tələbatı çox, sahə mütəxəssisi kifayət qədər, intellektual əməklə məşğul olan və lazımi işləri yerinə yetirə bilməyən şəxslərə qoyulur. Müəllimlər, həkimlər, mühəndislər bu qəbildəndir. Çünki onlar yaşlanıb müəyyən yaşa çatdıqdan sonra yenilikləri qəbul edə bilmirlər. Bunun üçün onlara yaş məhdudiyyəti qoyulur ki, yerlərinə gənc kadrlar cəlb oluna bilsin\". 2. \"Yolda öz istəyi ilə (qanuni əsaslarla) işləyən süpürgəçinin avtomobillə vurulması normal şeydir! Onu heç kim o işdə işləməyə məcbur etməyib\".
Fikirləşirəm ki, 1. Yüksək sürət həddi olan yollarda müvafiq geyimlə təmin edilməyən işçinin işləməsi qanunsuzdur! 2. 50 belə işçinin 4 saata gördüyü işi 1 xüsusi təyinatlı təmizləyici avtomobil Almaniyada 30 dəqiqəyə görür. Sual: 1. Dövlət qulluğunda olan 70-80 yaşlılar dövlət büdcəsindən maliyyələşirlərmi! 2. Hüquqdan xəbəri olmayan 70-80 yaşlı deputat yeniliklərlə dolu Qanun qəbul edərmi? 2. Fotodakı qadının (Allahın rəhmətinə qovuşsun) meyidi \"Kamaz\" markalı yük avtomobili ilə vurulana oxşayırmı? 3. Yolların təmizlənməsi üçün nəzərdə tutulmuş və yüksək qiymətə alınmış Xüsusi təyinatlı avtomobillər haradadır, yanacaqları varmı? Hər bir halda cəmiyyətə açıq olduğu üçün Musa müəllimə \"sağ olun\" düşür.
22:54 / 15 Dekabr 2025
8
22:49 / 15 Dekabr 2025
15
22:48 / 15 Dekabr 2025
12
22:31 / 15 Dekabr 2025
31
22:27 / 15 Dekabr 2025
26
22:09 / 15 Dekabr 2025
150
21:59 / 15 Dekabr 2025
39
21:45 / 15 Dekabr 2025
58
21:10 / 15 Dekabr 2025
1369
20:54 / 15 Dekabr 2025
85
20:38 / 15 Dekabr 2025
1071
20:16 / 15 Dekabr 2025
61
19:46 / 15 Dekabr 2025
155
19:15 / 15 Dekabr 2025
598
18:43 / 15 Dekabr 2025
583
18:36 / 15 Dekabr 2025
74
17:51 / 15 Dekabr 2025
96
17:37 / 15 Dekabr 2025
850
17:14 / 15 Dekabr 2025
106
17:08 / 15 Dekabr 2025
100
16:59 / 15 Dekabr 2025
218
16:49 / 15 Dekabr 2025
885
16:40 / 15 Dekabr 2025
213
16:26 / 15 Dekabr 2025
160
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.