Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4192
az

Avtomobil alanlar DİQQƏT! - 30-1500 manat arası rüsum ödəyəcəksiniz

17:2002 Avqust, 2018
1824
HÜQUQ
  • A
 "Dövlət rüsumu haqqında" Qanuna 12 iyun 2018-ci il tarixli qanunla edilən dəyişiklikdə hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin DYP-də dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğlərinin Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi nəzərdə tutulur.

Oxu24.com  xəbər verir ki, bu barədə nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov sosial şəbəkə hesabında məlumat verib. O, bildirib ki, qanun layihəsi təklif olunanda mahiyyətcə yeni olan rüsumun nə olduğunu anlamayıb, çünki bizim qanunvericilik "özgəninkiləşdirilməsi haqqında müqavilələrin" dövlət qeydiyyatını nəzərdə tutmur:

"Qanunlarımız buna bənzər 2 şey nəzərdə tutur:

1) müqavilənin notarial təsdiqini;
2) müqavilə pedmetinin (müqavilənin özünün yox, predmetinin, yəni avtomobilin) dövlət qeydiyyatını.

31 iyulda Nazirlər Kabineti bu rüsumu təsdiqləyib. Qərarda elə avtomobilin qeydiyyatı nəzərdə tutulur.

Özünüz hüquqi kombinasiyaya baxın (Qərarın 1.1-ci bəndindən çıxarış):

1.1. Bu normativ hüquqi akt (bundan sonra – akt) ... "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.3-1-ci maddəsinə uyğun olaraq 2018-ci il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmasına (bundan sonra – minik avtomobillərinin dövlət qeydiyyatına alınması) görə dövlət rüsumunun məbləğlərini müəyyən edir. Nə isə, hüquq nəzəriyyəsini qoyaq kənara...

Avtomobil alanlar hazırlaşsınlar. Həmin rüsum avtomobilin istehsal ilindən və mühərrikinin iş həcmindən asılı olaraq 30-1500 manat arasında dəyişir". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən qanunsuz istifadə edənləri nə gözləyir?
Sınaq müddəti neçə ay olur? - HÜQUQİ YARDIM 
Bizi hansı hallarda inzibati tənbeh gözləyir? - HÜQUQİ YARDIM 

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Ağadadaş Ağayev "Medera Hospital"dan   yarım milyon istəyir