Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40718
az

Baş prokuror: “Ekspertiza nəticəsində Azərbaycana raketlərin haradan atıldığı müəyyənləşib”

15:1630 Oktyabr, 2020
544
HÜQUQ
  • A
“Ermənistan silahlı qüvvələri tərəfindən raket zərbələri cəbhə xətlərindən uzaqda yerləşən şəhərlərdə hər hansı hərbi obyekt yoxdur”. APA-nın məlumatına görə, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Baş prokuror Kamran Əliyev bildirib. Baş prokuror deyib ki, raket zərbələri endirilən şəhərlər cəbhə xəttindən çox uzaqda yerləşir: “Cənubi Qafqazda ən böyük su elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını dağıtmağa cəhd olub, raketlər elektrik stansiyasının qarşısına düşüb”. K. Əliyev qeyd edib ki, 7 halda “SCUD” (Elbrus) tipli raketlərdən istifadə edilib : “11 və 17 oktyabr tarixlərində Gəncəyə, o cümlədən Kürdəmir, Qəbələyə bu raketlərdən atılıb. Azərbaycan ərazilərinə “S-300” raketləri də atılıb. Bəzi hallarda “Smerç”, “Toçka-U“ raketlərindən də istifadə olunub. Təəssüf ki, bu raket qurğularında əsasən kaset tipli raketlərdən istifadə edilir. “Human Rights Watch və “Amnesty İnternational” da bunu təsdiqləyib”. Baş Prokuror nəzərə çatdırıb ki, əldə olunmuş məlumatlara görə, “SCUD” və “S-300” raketləri Ermənistanın Vardenis rayonu ərazisindən atılıb: “Smerç” tipli raketlər isə bəzi hallarda işğal altındakı Kəlbəcər, Xankəndi və digər işğal altındakı ərazilərdə yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi bazalarından atılıb. 350 şahid, 1700-dən çox zərərçəkmiş şəxs tanınıb. Ballistik ekspertizaların rəyi ilə həmin raketlərin hansı istiqamətdən, nöqtədən atıldığı müəyyənləşdirilib”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib
Vəkillər Kollegiyasının futbol komandaları mötəbər beynəlxalq turnirində mükafatlar qazandı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ