Qaynar xətt:

(+99450) 247 90 86

Səbail polisindən nümunəvi addım: Ac quşları yemlədilər 

Səbail polisindən nümunəvi addım: Ac quşları yemlədilər 

HÜQUQ

1017

06.06.2020, 15:35

Xəbər  verdiyimiz  kimi  Nazirlər  Kabineti  yanında  Operativ Qərəgahın  qəbul  etdiyi  qərara  əsasən  şənbə  və  bazar  günləri  küçəyə  çıxmaq  qadağası  tətbiq  olunub.

Qeyd  olunan  qərarın icrası Daxili  İşlər  Nazirliyinə  həvalə  olunub.

Ölkəmizdə  koronavirusun  yayıldığı  bir  vaxtda polis  əməkdaşlarının  gördüyü  işlər insanlar  tərəfindən  böyük  rəğbətlə  qarşılanıb. Azərbaycan polisi  karantin müddətində  nümunəvi  xidməti  ilə  diqqəti  çəkdi.

Xüsusilə  insanların  sıx  hərəkətdə  olduğu, Bakının  mərkəzi  rayonu  olan  Səbail  Rayon  Polis  İdarəsinin  əməkdaşlarının  işi  daha  çətin oldu. Buna baxmayaraq polis əməkdaşları vəzifə  borclarını  layiqincə  yerinə  yetirməyi  bacardı.

Femida.az  xəbər  verir  ki,Azərbaycan  polisi təkcə  insanlara yox,  həm  də  digər  canlılara   da qayğı  ilə  yanaşır. Elə  bu gün   Səbail  Rayon  Polis  İdarəsinin  iki  əməkdaşının  şəhərin mərkəzində  quşları  yemləməsi  buna  sübutdur. Qeyd  olunan  foto  sosial  şəbəkələrdə  böyük  rəğbətlə  qarşılanıb.

Sözügedən  fotonu  şərhsiz  təqdim  edirik: