Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI
18 Noyabr 2026, 12:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
47
18.11.2026, 12:28
Noyabrın 15-dən etibarən ölkə üzrə istilik mövsümünə başlanılması ilə əlaqədar təhsil müəssisələrinin hazırlığı istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
MÜTDA-dan Oxu24.com-a verilən xəbərə görə, hazırlıq işləri çərçivəsində təhsil müəssisələrinin istilik sistemlərinin mövcud vəziyyəti araşdırılıb, müvafiq qurumlarla birgə qazanxana və istilik sistemlərinin texniki sazlığı yoxlanılıb. Aşkar edilən və yarana biləcək nasazlıqların aradan qaldırılması istiqamətində zəruri addımlar atılıb.
Bildirilib ki, hazırda 214 məktəb, 151 məktəbəqədər təhsil müəssisəsində istilik təminatı mərkəzləşdirilmiş şəkildə təşkil olunur. Odun yanacağından istifadə edən bütün təhsil müəssisələrində pellet yanacağına keçid təmin edilib, ümumilikdə 1438 müəssisə üçün 9209 pellet sobası təchiz olunub.
Qeyd edilib ki, 176 təhsil müəssisəsində qazlaşdırma işlərinə başlanılıb. Onlardan 144-də işlər tamamlanıb, 32 müəssisədə isə davam etdirilir. Qazlaşdırılma prosesi yekunlaşmayan 32 müəssisədə alternativ istilik təmin edən avadanlıqlar vasitəsilə istilik təmin edilməkdədir.
“Bununla yanaşı, cari ildə 743 təhsil müəssisəsində istilik sisteminin təmiri həyata keçirilib.
İstilik mövsümü ərzində gündəlik əsasda yarana biləcək texniki problemlərin operativ həlli, təhsil müəssisələrininin mövcud istilik sistemlərindəki nasazlıqların aradan qaldırılması məqsədilə regionlarda aidiyyəti qurumlarla birlikdə xüsusi qruplar yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır.
Təhsil müəssisələrində istilik təminatının dayanıqlı təşkili, mövcud çatışmazlıqların aradan qaldırılması və istilik mövsümü ərzində yarana biləcək problemlərə vaxtında müdaxilə edilməsi istiqamətində tədbirlər mövsümboyu davam etdiriləcək”, - məlumatda deyilir.
12:32 / 18 Noyabr 2026
1
12:20 / 18 Noyabr 2026
42
12:15 / 18 Noyabr 2026
38
12:10 / 18 Noyabr 2026
69
12:03 / 18 Noyabr 2026
70
12:03 / 18 Noyabr 2026
383
11:49 / 18 Noyabr 2026
143
11:43 / 18 Noyabr 2026
78
11:39 / 18 Noyabr 2026
84
11:35 / 18 Noyabr 2026
89
11:32 / 18 Noyabr 2026
87
11:22 / 18 Noyabr 2026
436
11:19 / 18 Noyabr 2026
110
11:15 / 18 Noyabr 2026
89
11:13 / 18 Noyabr 2026
83
11:11 / 18 Noyabr 2026
634
11:08 / 18 Noyabr 2026
94
10:21 / 18 Noyabr 2026
100
10:18 / 18 Noyabr 2026
110
10:14 / 18 Noyabr 2026
107
10:01 / 18 Noyabr 2026
100
09:11 / 18 Noyabr 2026
134
08:32 / 18 Noyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.