Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? - TƏHLİL
18 Noyabr 2026, 12:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
27
18.11.2026, 12:10
ABŞ-də Azərbaycan bayrağının endirilməsi ilə bağlı erməni mənbələrinin yaydığı məlumatlar həqiqəti əks etdirmir.
Oxu24.com xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda qeyd olunub.
Azərbaycanın Qarabağda əldə etdiyi tarixi Zəfər təkcə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası baxımından deyil, həm də beynəlxalq münasibətlər sistemində yeni reallıqların formalaşması, dünya ictimaiyyətinin doğru məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu prosesdə Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımızın fəaliyyəti xüsusi diqqətə layiqdir. Amerika Birləşmiş Ştatlarındakı Azərbaycan icmasının üzvləri hər il 8 Noyabr - Zəfər Günü, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü, 9 Noyabr-Bayraq Günü münasibətilə müxtəlif ştatlardakı inzibati-ictimai mərkəzlərin önündə Azərbaycan bayrağının qaldırılması mərasimini təşkil edirlər. Bununla yanaşı, hər il Times Square meydanındakı çoxmərtəbəli binaların üzərində iri led ekranlarda ölkəmizin tarixi qələbəsi ilə bağlı videoçarxlar və posterlər yerləşdirilir. Dünyanın müxtəlif ölkələrindən milyonlarla insanın ziyarət etdiyi bu məkanlarda Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması mühüm rəmzi və siyasi məna daşıyır.
Artıq bütün cəbhələrdə məğlub olmuş erməni diasporunun hər il təkidlə bu prosesə qarşı çıxmasına baxmayaraq, Amerika Birləşmiş Ştatlarında kifayət qədər güclənən Azərbaycan diasporu bu il də bayraqqaldırma mərasimlərini uğurla həyata keçirib.
Məhz bu reallıqlar fonunda bəzi erməni mənbələrinin yaydığı dezinformasiyalarda Manhettendə 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə diasporumuzun təşəbbüsü ilə qaldırılan Azərbaycan bayrağının guya Amerikanın Erməni Milli Komitəsinin (ANCA) təşəbbüsü ilə endirildiyi bildirilir.
Guya bayrağın endirilməsi barədə yayılan məlumatlarda bu məsələ ilə əlaqədar dırnaqarası qərarın kim tərəfindən və hansı hüquqi əsasla verilməsi barədə isə heç bir mötəbər sübuta rast gəlinmir.
Qeyd edilməlidir ki, bayrağın qadırılması və həmin yerdə dalğalanması prosesi adətən bir həftə çəkir və Azərbaycan bayrağı da qaydalara uyğun olaraq 7 gün ərzində qaldırıldığı məkanda dalğalanıb. Öz uğursuzluqlarını hay-küy və dezinformasiya ilə pərdələməyə çalışan erməni təşkilatları və erməni diasporu bu prosesə təsir imkanına malik deyil və ola da bilməz.
Təbliğat fiaskosunu ört-basdır edən erməni diasporu nümayəndələrinin yaydıqları əsassız və həqiqəti əks etdirməyən məlumatlarda həm də ABŞ-nin dövlət rəsmilərinin adları hallandırılır. Dövlət rəsmilərinin adından manipulyasiya vasitəsi kimi istifadə edilməsi, onların mövqeyinin təhrif olunması və ictimai rəyin yanlış istiqamətə yönəldilməsi ciddi hüquqi məsuliyyət yaradır.
ABŞ-də fəaliyyəti ilə bağlı suallar doğuran, real nəticələr ortaya qoya bilməyən, heç bir nüfuza malik olmayan erməni diasporunun Azərbaycan bayrağının nümayişi ətrafında süni qalmaqal yaratmaq cəhdləri təsadüfi deyil. Bu cəhdlər, daha dəqiq ifadə etsək, erməni diasporunun dezinformasiya və manipulyasiya ilə müşayiət olunan siyasi isteriyası uğursuz təbliğat fəaliyyətinə bəraət qazandırmaq, xərclənən maliyyə vəsaitlərinin guya səmərəli istifadə edildiyi görüntüsü yaratmaq və gələcək maliyyə dəstəyini qoruyub saxlamaq məqsədi daşıyır.
Cəmiyyətin dezinformasiyalara inanmamağı, media mənsublarının xaricdəki Azərbaycan icmalarının uğurları ilə bağlı erməni mənbələrinin yaydığı yalan məlumatlara münasibətdə diqqətli olmağı tövsiyə olunur.
12:03 / 18 Noyabr 2026
21
12:03 / 18 Noyabr 2026
375
11:49 / 18 Noyabr 2026
81
11:43 / 18 Noyabr 2026
56
11:39 / 18 Noyabr 2026
70
11:35 / 18 Noyabr 2026
76
11:32 / 18 Noyabr 2026
79
11:22 / 18 Noyabr 2026
351
11:19 / 18 Noyabr 2026
92
11:15 / 18 Noyabr 2026
77
11:13 / 18 Noyabr 2026
73
11:11 / 18 Noyabr 2026
495
11:08 / 18 Noyabr 2026
85
10:21 / 18 Noyabr 2026
93
10:18 / 18 Noyabr 2026
104
10:14 / 18 Noyabr 2026
102
10:01 / 18 Noyabr 2026
97
09:11 / 18 Noyabr 2026
111
08:32 / 18 Noyabr 2026
138
00:38 / 18 Noyabr 2026
168
23:54 / 17 Noyabr 2026
171
23:36 / 17 Noyabr 2026
204
23:10 / 17 Noyabr 2026
193
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.