Eyni cinayətə görə niyə fərqli cəzalar verilir? – Hüquqi izah
08 May 2026, 17:25
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
641
03.06.2020, 14:19
Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, habelə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərə müraciət edib.
Oxu24.com xəbər verir ki, müraciətdə deyilir:
“Ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə müəyyən edilmiş sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməməsinin məsuliyyətə səbəb olması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunmuş və bu tələblərin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 2 iyun 2020-ci il tarixdə dəyişiklik edilərək inzibati məsuliyyət müəyyən edilib.
Qeyd olunanları nəzərə alaraq, DİN Baş DYP İdarəsi hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, xüsusi karantin rejimində şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməməklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində, həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə ediləcəklər”.
14:23 / 11 May 2026
8
14:11 / 11 May 2026
77
14:08 / 11 May 2026
41
13:42 / 11 May 2026
44
13:30 / 11 May 2026
63
13:25 / 11 May 2026
103
13:14 / 11 May 2026
46
12:50 / 11 May 2026
466
12:46 / 11 May 2026
51
12:37 / 11 May 2026
53
12:36 / 11 May 2026
55
12:18 / 11 May 2026
86
12:11 / 11 May 2026
6881
12:07 / 11 May 2026
66
12:01 / 11 May 2026
125
11:53 / 11 May 2026
57
11:43 / 11 May 2026
2138
11:18 / 11 May 2026
62
11:07 / 11 May 2026
309
11:05 / 11 May 2026
73
10:59 / 11 May 2026
723
10:53 / 11 May 2026
69
10:46 / 11 May 2026
611
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.