Bağışlama, yoxsa vəsiyyətnamə? - Vacib AÇIQLAMA
16 Noyabr 2026, 23:33
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
718
03.06.2020, 11:19
Bakıda polis maska taxmayanlara qarşı reydlərə başlayıb.
Oxu24.com -un məlumatına görə, polis əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq paytaxtda nəqliyyat axınının və əhalinin sıx olduğu yerlərdə profilaktik tədbirlər keçirir. Bu məqsədlə nəqliyyat axınının və sərnişindaşımanın çox olduğu yerlərdə, avtodayanacaqlarda, qapalı məkanlarda reydlər aparılır.
Polis karantin qaydalarının pozulmaması ilə bağlı vətəndaşlara tövsiyələrini verir, qaydalara məhəl qoymayan, polis qanunu tələblərinə riayət etməyənlərlə bağlı qanunvericiliyin tələbinə uyğun tədbirlər həyata keçirilir. Tibbi maskadan istifadə etməyən vətəndaşlar isə inzibati qaydada cərimələnir.
REKLAM
www.instagram.com
Читать дальше
Qeyd edək ki, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.
Bu, Prezident İlham Əliyevin iyunun 2-də təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Sözügedən xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.
16:21 / 18 Noyabr 2026
19
16:05 / 18 Noyabr 2026
60
16:00 / 18 Noyabr 2026
74
15:35 / 18 Noyabr 2026
81
15:32 / 18 Noyabr 2026
90
15:28 / 18 Noyabr 2026
84
15:22 / 18 Noyabr 2026
145
15:16 / 18 Noyabr 2026
105
15:12 / 18 Noyabr 2026
90
15:09 / 18 Noyabr 2026
113
15:05 / 18 Noyabr 2026
314
15:02 / 18 Noyabr 2026
104
14:58 / 18 Noyabr 2026
117
14:52 / 18 Noyabr 2026
99
14:44 / 18 Noyabr 2026
488
14:33 / 18 Noyabr 2026
145
14:22 / 18 Noyabr 2026
106
14:18 / 18 Noyabr 2026
116
14:06 / 18 Noyabr 2026
103
13:56 / 18 Noyabr 2026
105
13:12 / 18 Noyabr 2026
132
12:55 / 18 Noyabr 2026
148
12:53 / 18 Noyabr 2026
206
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.