Eyni cinayətə görə niyə fərqli cəzalar verilir? – Hüquqi izah
08 May 2026, 17:25
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
2707
28.05.2020, 10:51
Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödətdirilməsi prosesinə başlanılıb.
Oxu24.com xəbər verir ki,BDYPİ-nin mətbuat katibi, polis polkovniki Kamran Əliyev APA TV-yə açıqlamasında bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsi və digər rayon polis şöbələri tərəfindən cərimə olunan və 40 gün müddət tamamlandığı halda, cəriməni ödəməyən şəxslərlə bağlı məhkəməyə müraciət olunub.
Artıq minlərlə şəxsin cəriməni məcburi ödəməsi üçün qaldırılan iddialara məhkəmələrdə baxılır. Cəriməni ödəmək üçün qanunda nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra müvafiq qərarın verilməsi ilə bağlı məhkəməyə müraciət olunur:
“Bu zaman cərimənin məcburi ödətdirilməsi məqsədilə məhkəmə həmin şəxsin əmək haqqından, pensiyasından və digər gəlirlərindən tutulmasına qərar verə bilər. Eyni zamanda cərimə olunan şəxslərin əmlakına həbs qoyula bilər. Artıq bununla bağlı məhkəmə qərar verəcək”.
Lakin qərarla razılaşmayaraq, protokol tərtib edən orqanlara da qarşı iddia qaldıranlar var. Onlarla sürücü qərarla razılaşmayıb və protokolun əsassız yazıldığını iddia edərək məhkəməyə müraciət edib.
İyunun 1-dən başlayaraq məhkəmə orqanları hər iki tərəfin müraciətlərinə baxıb qərar çıxaracaq.
Xatırladaq ki, karantin qaydalarını pozanlar İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə olunur. Buna görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər iki min manatdan beş min manatadək cərimə edilir. Azərbaycanda yazılan cərimələrin əksəriyyəti fiziki şəxslərlə bağlı olub, məbləğ də bir çox hallarda 100 manat təyin olunub.
00:40 / 11 May 2026
5
00:29 / 11 May 2026
95
00:17 / 11 May 2026
132
23:54 / 10 May 2026
140
23:46 / 10 May 2026
112
22:48 / 10 May 2026
57
22:27 / 10 May 2026
59
22:27 / 10 May 2026
63
22:12 / 10 May 2026
69
21:24 / 10 May 2026
294
21:21 / 10 May 2026
66
21:17 / 10 May 2026
70
21:09 / 10 May 2026
69
21:01 / 10 May 2026
153
20:36 / 10 May 2026
68
20:00 / 10 May 2026
77
19:36 / 10 May 2026
77
18:54 / 10 May 2026
337
18:31 / 10 May 2026
88
17:59 / 10 May 2026
175
17:51 / 10 May 2026
92
17:49 / 10 May 2026
180
17:37 / 10 May 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.