Almaniya üç ölkənin Ukraynanı maliyyələşdirməkdən imtina etməsindən qəzəblənib
26 Oktyabr 2026, 22:30
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
957
06.03.2020, 15:56
Dünən Moskvada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında İdlib böhranı ilə bağlı keçirilən görüşdə iki detal xüsusi diqqət çəkib.
Oxu24.com Axar.az-a istinadla xəbər verir ki, sözügedən detalları politoloq Zaur Məmmədov paylaşıb.
Belə ki, görüşün keçirildiyi zalda – 1877-1878-ci illərdə Balkanlarda döyüşən rus əsgərlərin əks olunduğu suvenir və Krımı işğal etmiş II Yekaterinanın heykəlinin olması geniş müzakirələrə səbəb olub.
Rus əsgərlərinin suveniri
1877-1878-ci illərdə müharibə səbəbilə bir milyona yaxın türk Tuna və Ədirnədən zorla çıxarılıb. Həmin illərdə Rumeli türkləri də qətliamdan, aclıqdan və soyuqdan tələf olub. Savaşdan sonra torpalarına qayıtmaq istəyən türklər Rusiya ordusu tərəfindən silahla qarşılanıb və Osmanlıya sığınmaq məcburiyyətində qalıblar. Həmin illərdə türklərin sayı Tuna və Ədirnə vilayətlərində azalmağa başlayıb.

II Yekaterinanın heykəli
II Yekaterinanın Avstriya imperatoruna türk torpaqlarını bölüşdürmək haqqında etdiyi təklif tarixi faktdır. Belə ki, Rusiya XVIII əsrin 70-ci illərinin sonu, 80-ci illərinin əvvəllərində “Yunan layihəsi”ndən irəli gələn vəzifələrin həyata keçirilməsi üçün real addımlar atmağa başlayıb. Hazırlanmış hərbi əməliyyat planına görə, Rusiya Osmanlını iki cəbhədə - Balkanlarda və Cənubi Qafqazda savaşmağa məcbur etmək istəyirdi. Rusiya İmperiyası Osmanlı ilə müharibə başlayana qədər Azərbaycanın Dərbənddən Bakıya qədər olan torpaqlarını işğal etməyi və burada güclü ordu yerləşdirməyi nəzərdə tuturdu. II Yekaterina Q.A.Potyomkinə göndərdiyi sərəncamlarından birində yazırdı ki, Balkanlarda Osmanlı ilə müharibə başlanacağı təqdirdə şimal-şərqi Azərbaycan torpaqlarında yerləşdirilmiş rus ordusu qəflətən Gürcüstan vasitəsilə Türkiyənin sərhədlərinə yeridilməlidir.
Əldə olan materialların təhlili göstərir ki, Rusiya Cənubi Qafqazda hərbi əməliyyatlara başlamaqla yalnız Türkiyənin qüvvələrini parçalamaq məqsədi güdmürdü, həm də burada birdəfəlik möhkəmlənməyi planlaşdırırdı. Bu planın həyata keçirilməsində isə erməni məsələsi mühüm rol oynaya bilərdi. II Yekaterinanın Cənubi Qafqaz siyasətində erməni məsələsini daim diqqət mərkəzində saxlaması da elə bununla bağlı idi. Ruslar Azərbaycan və Türkiyə torpaqları hesabına erməni dövləti yaratmağı və ondan İran və Osmanlıya qarşı sipər kimi istifadə etməyi planlaşdırırdılar.
II Yekaterina ilə başqa bir diqqət çəkəm məqamın isə onun Osmanlıya qarşı planlarının həyata keçməsidir.
Ekspertlər bu tarixi faktlardan yola çıxaraq bildirirlər ki, Rusiya dünənki görüşdə Türkiyəyə tarixi mesajlar verməyə çalışıb.
00:00 / 27 Oktyabr 2026
15
23:43 / 26 Oktyabr 2026
68
23:30 / 26 Oktyabr 2026
61
23:16 / 26 Oktyabr 2026
77
23:08 / 26 Oktyabr 2026
64
22:58 / 26 Oktyabr 2026
76
22:56 / 26 Oktyabr 2026
77
22:51 / 26 Oktyabr 2026
61
22:34 / 26 Oktyabr 2026
306
22:30 / 26 Oktyabr 2026
75
22:11 / 26 Oktyabr 2026
77
22:11 / 26 Oktyabr 2026
69
22:04 / 26 Oktyabr 2026
88
22:02 / 26 Oktyabr 2026
81
21:58 / 26 Oktyabr 2026
70
21:53 / 26 Oktyabr 2026
178
21:44 / 26 Oktyabr 2026
73
21:32 / 26 Oktyabr 2026
75
21:30 / 26 Oktyabr 2026
76
21:05 / 26 Oktyabr 2026
1269
21:02 / 26 Oktyabr 2026
87
20:56 / 26 Oktyabr 2026
103
20:30 / 26 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.