Bu şəxslərə daha 130 mənzil verildi - Foto
06 Noyabr 2026, 17:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
264
26.09.2026, 22:16
Son günlər Türkiyənin media məkanında, xüsusilə sosial media seqmentində əsassız, hüquqi, diplomatik və etik çərçivələrlə bir araya sığmayan, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə xələl gətirməyə və ictimai rəydə bu münasibətlərə dair mənfi təsəvvür formalaşdırmağa yönəlmiş paylaşımların, əsassız və qərəzli iddiaların kütləvi hal alması ictimaiyyətimizdə təbii narahatlıq doğurur.
İki qardaş ölkənin münasibətlərinin yüksək səviyyəsi və qarşılıqlı etimad mühiti nəzərə alınmaqla, Azərbaycana qarşı qarayaxma kampaniyalarının müəyyən qısa fasilələrlə davamlı xarakter daşımasını, qərəzli iddiaların, dezinformasiyaların çox rahatlıqla yayılmasını və buna qarşı heç bir tədbir görülməməsini təəssüf doğuran və yolverilməz hal kimi qiymətləndiririk.
Sözügedən paylaşımlar ayrı-ayrı şəxslərin təsadüfi təşəbbüsləri deyil, müəyyən əlaqələndirmə və vahid yanaşma əsasında həyata keçirilən, bəlli dairələr tərəfindən idarə olunan məqsədyönlü kampaniyanın tərkib hissəsidir. Bu kimi hallar hüquqi və etik çərçivələrə sığmamaqla yanaşı, Türkiyə Respublikasının qanunvericiliyinin tələblərinə də ziddir. Hesab edirik ki, digər müvafiq hallarda olduğu kimi, həssas yanaşma və qanunvericiliyin tələblərinin icrası Azərbaycana münasibətdə də özünü göstərməlidir.
Azərbaycan tərəfi Türkiyə mediasında və sosial media seqmentində baş verən prosesləri diqqətlə izləyir, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən qarayaxma kampaniyasının təşkilatçıları və icraçılarının ölkəmizə girişinin məhdudlaşdırılması imkanının nəzərdən keçirilməsi istisna edilmir.
İctimaiyyətimiz iki dövlət və xalq arasında formalaşmış tarixi, siyasi və mənəvi bağlılığa, qarşılıqlı etimada və strateji müttəfiqliyə xələl gətirmək istəyənlərə meydan verilməsini qəbuledilməz hal hesab edir və belə cəhdlərin qarşısının alınması istiqamətində əməli addımlar atılmasını gözləyir.
18:19 / 06 Noyabr 2026
72
18:13 / 06 Noyabr 2026
1
17:55 / 06 Noyabr 2026
46
17:46 / 06 Noyabr 2026
60
17:42 / 06 Noyabr 2026
153
17:29 / 06 Noyabr 2026
89
17:24 / 06 Noyabr 2026
422
17:13 / 06 Noyabr 2026
88
16:54 / 06 Noyabr 2026
97
16:44 / 06 Noyabr 2026
88
16:36 / 06 Noyabr 2026
106
16:22 / 06 Noyabr 2026
107
16:17 / 06 Noyabr 2026
111
16:02 / 06 Noyabr 2026
114
15:54 / 06 Noyabr 2026
119
15:50 / 06 Noyabr 2026
144
15:43 / 06 Noyabr 2026
163
15:32 / 06 Noyabr 2026
125
15:21 / 06 Noyabr 2026
138
15:14 / 06 Noyabr 2026
136
15:13 / 06 Noyabr 2026
130
15:05 / 06 Noyabr 2026
150
15:00 / 06 Noyabr 2026
943
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.