Nənənin nəvəyə bağışladığı torpaq bölüşdürülür? – Vəkil cavabladı
15 İyul 2026, 11:33
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
64
15.07.2026, 13:56
Bir çox işçi hesab edir ki, əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verdiyi halda işəgötürən ona son haqq-hesab ödəməyə bilər. Halbuki əmək qanunvericiliyi bu məsələdə işçinin hüquqlarını aydın şəkildə müəyyən edir.
Oxu24.com-a açıqlama verən vəkil Fuad Mirzəzadə bildirib ki, işçi öz ərizəsi ilə işdən ayrılsa belə, bu, onun son haqq-hesab almaq hüququnu aradan qaldırmır.
Onun sözlərinə görə, əmək münasibətlərinə hansı əsasla xitam verilməsindən asılı olmayaraq, işçinin işlədiyi müddət ərzində qazandığı bütün ödənişlər ona tam şəkildə hesablanmalı və ödənilməlidir.
"Əgər işçi öz istəyi ilə əmək müqaviləsinə xitam verirsə, bu halda da ona son haqq-hesab verilməlidir. İşəgötürən işçinin işlədiyi günlər üzrə əməkhaqqını tam hesablamalı və qanunvericiliyin tələblərinə uyğun şəkildə ödəməlidir", – deyə vəkil bildirib.
Fuad Mirzəzadə qeyd edib ki, son haqq-hesab yalnız əməkhaqqından ibarət deyil. İşçinin istifadə etmədiyi əmək məzuniyyəti günləri də nəzərə alınmalı və həmin günlərə görə pul kompensasiyası hesablanmalıdır.
"Əgər işçi əmək fəaliyyəti dövründə məzuniyyət hüququndan tam və ya qismən istifadə etməyibsə, istifadə olunmamış məzuniyyət günlərinə görə ona müvafiq pul kompensasiyası ödənilməlidir. Bu da son haqq-hesabın tərkib hissəsidir", – deyə o vurğulayıb.
Hüquqşünasın sözlərinə görə, bəzi hallarda işəgötürənlər işçinin öz ərizəsi ilə işdən çıxdığını əsas gətirərək son haqq-hesabı gecikdirir və ya tam ödəmirlər. Lakin bu, qanunvericiliyin tələblərinə zidd hesab olunur.
"İşçinin əmək müqaviləsinə hansı səbəbdən xitam verilməsindən asılı olmayaraq, onun qazandığı əməkhaqqı və digər qanuni ödənişlər saxlanıla bilməz. İşəgötürən son haqq-hesabı vaxtında və tam şəkildə ödəməyə borcludur", – deyə vəkil bildirib.
Fuad Mirzəzadə əlavə edib ki, əgər işçi hesab edir ki, ona son haqq-hesab düzgün hesablanmayıb və ya ümumiyyətlə ödənilməyib, bu halda o, hüquqlarının müdafiəsi üçün aidiyyəti dövlət qurumlarına və ya məhkəməyə müraciət edə bilər.
Vəkil sonda işçilərə tövsiyə edib ki, işdən ayrılarkən son haqq-hesab sənədlərini diqqətlə yoxlasınlar, ödənilən məbləğin işlədikləri günlərə və istifadə edilməmiş məzuniyyət günlərinə uyğun hesablandığından əmin olsunlar. Bu, sonradan yarana biləcək əmək mübahisələrinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
Jalə
15:33 / 15 İyul 2026
1
15:29 / 15 İyul 2026
9
15:25 / 15 İyul 2026
14
15:23 / 15 İyul 2026
17
15:14 / 15 İyul 2026
26
15:10 / 15 İyul 2026
38
14:56 / 15 İyul 2026
49
14:31 / 15 İyul 2026
48
14:29 / 15 İyul 2026
68
14:25 / 15 İyul 2026
54
14:20 / 15 İyul 2026
61
14:14 / 15 İyul 2026
62
14:08 / 15 İyul 2026
62
14:04 / 15 İyul 2026
60
14:00 / 15 İyul 2026
65
13:34 / 15 İyul 2026
71
13:32 / 15 İyul 2026
58
13:28 / 15 İyul 2026
62
13:23 / 15 İyul 2026
62
13:21 / 15 İyul 2026
77
13:14 / 15 İyul 2026
75
13:10 / 15 İyul 2026
67
12:45 / 15 İyul 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.