Məhkəmə qəzada atasının ölümünə səbəb olan sürücü ilə bağlı qərar verib
12 Noyabr 2026, 13:04
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
714
16.03.2026, 23:33
Ata vəfat etdikdən sonra evin ögey ananın adına rəsmiləşdirilməsi vərəsəlik hüququnun tamamilə itirilməsi demək deyil. Hüquqşünasların sözlərinə görə, bu məsələ bir çox hallarda mübahisə doğurur və konkret vəziyyətdən asılı olaraq qiymətləndirilir.
Oxu24.com bildirir ki, ilk növbədə atanın hansı tarixdə vəfat etməsi və əmlakın nə vaxt ögey ananın adına rəsmiləşdirilməsi araşdırılmalıdır.
Əvvəllər qanunvericiliyə görə mirasın qəbul edilməsi üçün müəyyən müddət – əsasən 6 ay nəzərdə tutulurdu. Bu müddət ərzində vərəsələr notariusa müraciət etmədikdə, digər vərəsə müraciət edib sənədləri təqdim edərsə, əmlak onun adına rəsmiləşdirilə bilirdi.
Lakin son illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlardan sonra vərəsəliyin qəbul olunması ilə bağlı müddət məsələsi yenidən şərh olunub və bəzi hallarda vərəsələr daha sonra da öz hüquqlarını tələb edə bilirlər.
Bununla belə, hüquqşünas qeyd edir ki, əgər vərəsə illərlə bu məsələdən xəbərdar olub və heç bir iddia qaldırmayıbsa, “vərəsənin susması” prinsipi tətbiq oluna bilər. Bu prinsip Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1272-ci maddəsində nəzərdə tutulur və belə hallarda hüquqların itirilməsi ehtimalı yaranır.
Ekspertin sözlərinə görə, əgər vərəsələr əmlakın rəsmiləşdirilməsindən xəbərsiz olublarsa, ölkədə yaşamayıblarsa və ya digər üzrlü səbəblər olubsa, onlar yenə də məhkəmə qaydasında öz miras paylarını tələb etməyə cəhd edə bilərlər.
Mütəxəssislər belə hallarda vətəndaşlara notarius sənədlərini və faktiki vəziyyəti araşdırmaq, zərurət yarandıqda isə məhkəməyə müraciət etməyi tövsiyə edirlər.
Hazırladı: Jalə
09:38 / 13 Noyabr 2026
1
09:34 / 13 Noyabr 2026
42
09:33 / 13 Noyabr 2026
23
09:31 / 13 Noyabr 2026
28
01:52 / 13 Noyabr 2026
289
01:49 / 13 Noyabr 2026
769
00:49 / 13 Noyabr 2026
152
00:18 / 13 Noyabr 2026
144
00:17 / 13 Noyabr 2026
225
23:53 / 12 Noyabr 2026
1551
23:51 / 12 Noyabr 2026
193
23:40 / 12 Noyabr 2026
267
23:34 / 12 Noyabr 2026
139
23:24 / 12 Noyabr 2026
1062
23:20 / 12 Noyabr 2026
140
23:19 / 12 Noyabr 2026
148
23:18 / 12 Noyabr 2026
146
23:12 / 12 Noyabr 2026
147
23:03 / 12 Noyabr 2026
148
23:02 / 12 Noyabr 2026
292
22:59 / 12 Noyabr 2026
139
22:55 / 12 Noyabr 2026
166
22:49 / 12 Noyabr 2026
234
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.