Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
3510
06.03.2026, 13:23
Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan iş bağlandıqda nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması və orada saxlanılması üçün ödənilən məbləğ avtomobilin sahibinə qaytarılacaq. Bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik üçüncü oxunuşda Milli Məclisdə qəbul edilib.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilməsi konkret qayda pozuntuları ilə bağlıdır.
O xatırladıb ki, qayda pozuntularının mövcud olduğu halda sürücüyə həm cərimə yazılır, həm də nəqliyyat vasitəsi qadağan olunan duracağa yerləşdirilir:
"Amma şəxsin avtomobilinin cərimə meydançasına yerləşdirilməsinə səbəb olmuş qərar qanunsuz sayılarsa və ləğv olunsa, bu, duracağa yerləşdirilmənin də qanunsuz olduğu anlamına gəlir. Ona görə də təbii ki, qanunsuz yerləşdirilmə səbəbindən avtomobilin evakuasiyasına və duracaqda saxlanılması üçün edilən ödəniş sahibinə geri qaytarılmalıdır. Bu, təbiidir. Çünki həmin tədbirin özü qanunsuz olub".
Ə.Hüseynovun sözlərinə görə, əslində, bu qayda indiyə qədər də mövcud olub: "Mülki Məcəllədə bununla bağlı məsələ var. Lakin qanuna edilən dəyişiklik müəyyən dərəcə dayanıqlı məsələdir və bu fəaliyyətlə məşğul olanlar üçün birbaşa göstərişdir".
Ekspert hesab edir ki, Nazirlər Kabinetinin qərarı ilə bu istiqamətdə dəqiq mexanizmlər hazırlansa, daha yaxşı olar: "Məsələn, şəxs bu halda hara müraciət etməlidir, ona geri ödənilən vəsait neçə gün müddətində qaytarılmalıdır və s. Bu dəqiq mexanizm Nazirlər Kabinetinin qərarında müəyyən olunmalıdır".
15:42 / 13 Noyabr 2026
6
15:37 / 13 Noyabr 2026
24
15:30 / 13 Noyabr 2026
34
15:01 / 13 Noyabr 2026
56
14:59 / 13 Noyabr 2026
154
14:50 / 13 Noyabr 2026
79
14:46 / 13 Noyabr 2026
77
14:33 / 13 Noyabr 2026
84
14:24 / 13 Noyabr 2026
426
14:17 / 13 Noyabr 2026
378
14:12 / 13 Noyabr 2026
83
14:05 / 13 Noyabr 2026
151
14:00 / 13 Noyabr 2026
88
13:43 / 13 Noyabr 2026
179
13:41 / 13 Noyabr 2026
88
13:20 / 13 Noyabr 2026
88
13:05 / 13 Noyabr 2026
196
12:57 / 13 Noyabr 2026
138
12:45 / 13 Noyabr 2026
126
12:32 / 13 Noyabr 2026
169
12:20 / 13 Noyabr 2026
112
12:17 / 13 Noyabr 2026
109
12:08 / 13 Noyabr 2026
832
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.