Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
8743
25.11.2025, 13:29
Bir çox tələbələr maddi ehtiyaclarını qarşılamaq üçün işləmək məcburiyyətində qalırlar.İşləyən zaman tələbənin rəsmi işçi kimi qeydiyyata alınması gərəkdir.
Çünki son günlər bu sahəyə ciddi nəzarət mexanizmi var. Müqaviləsiz işçi saxlamaq da böyük məsuliyyət tələb edir.Cərimələr də kifayət qədərdir.
Bəs,qanun nə deyir? Sahibkar,yaxud istənilən fiziki,hüquqi şəxs tələbəni işçi kimi işə götürə bilərmi?Tələbə ilə əmək müqaviləsi necə bağlanmalıdır?
Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Şəms Mirzəyeva bildirib ki,qanunda tələbələrin rəsmi əmək müqaviləsi ilə işləməsinə heç bir məhdudiyyət yoxdur. Amma,burada müəyyən məqamlar var. Onlar nələrdir?
Vəkilin sözlərinə görə,əyani təhsil alan tələbələr digər işçilər kimi maneəsiz olaraq əmək müqaviləsi bağlaya bilərlər.
"Azərbaycan Respublikası Əmək Məcəlləsinin 94-cü maddəsində norma müəyyən olunub.Həmin maddəyə əsasən,əmək müqaviləsi bağlanarkən,habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlığı razılığı ilə natamam iş vaxtı,natamam iş günü,yaxud da natamam iş həftəsi müəyyən edilə bilər.Yəni,tələbə əyani təhsil alırsa,işəgötürənin də razılığı ilə natamam iş saatları və natamam iş günü müəyyən edilə bilər.Tələbə təhsil aldığı saatlarda deyil,digər boş saatlarda işləyə bilər.Əsas odur ki,iş saatı onun dərslərinə mane olmasın.Bu zaman tələbəyə ödənilən əmək haqqı da işə sərf etdiyi zamana uyğun olaraq ödənilir.Qeyd etdiklərimiz əyani təhsil alan tələbələrə aiddir.Qiyabi təhsil alan tələbələrin işləməsində heç bir məhdudiyyət yoxdur.Çünki onlar müəyyən vaxtlarda dərsə gedirlər.Bu səbəbdən də onların əmək müqaviləsi bağlaması daha rahatdır",-deyə vəkil bildirib.
Hazırladı: Miri Məcidli
22:43 / 15 Noyabr 2026
4
22:34 / 15 Noyabr 2026
44
22:24 / 15 Noyabr 2026
45
22:05 / 15 Noyabr 2026
597
21:57 / 15 Noyabr 2026
151
21:37 / 15 Noyabr 2026
889
21:07 / 15 Noyabr 2026
868
20:58 / 15 Noyabr 2026
458
20:55 / 15 Noyabr 2026
127
20:44 / 15 Noyabr 2026
295
20:39 / 15 Noyabr 2026
117
20:30 / 15 Noyabr 2026
142
20:09 / 15 Noyabr 2026
388
19:51 / 15 Noyabr 2026
422
19:37 / 15 Noyabr 2026
139
19:17 / 15 Noyabr 2026
145
19:09 / 15 Noyabr 2026
132
18:40 / 15 Noyabr 2026
148
18:05 / 15 Noyabr 2026
159
17:53 / 15 Noyabr 2026
2067
17:43 / 15 Noyabr 2026
804
17:16 / 15 Noyabr 2026
724
17:12 / 15 Noyabr 2026
4436
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.