Saxta profil açmaq hansı hallarda cinayət məsuliyyəti yaradır? – Vəkildən açıqlama
20 May 2026, 16:39
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
653
23.11.2025, 17:58
Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi nə deməkdir?
Oxu24.com xəbər verir ki,bununla bağlı Əmək Məcəlləsində bəhs olunur.
Əmək Məcəlləsinin 16-cı maddəsinə görə,əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, onları insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək qadağandır. İşəgötürən işçinin insanın immunçatışmazlığı virusuna yoluxması barədə məlumata malik olduqda bu məlumatı açıqlamamalıdır.
Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya əmək müqaviləsinə xitam vermək (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallar istisna olmaqla) yolverilməzdir.
Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir.
2. Qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.
3. Əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində göstərilən ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır.
4. Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.
Hazırladı: Miri Məcidli
Həmçinin oxuyun
18:16 / 20 May 2026
1
18:05 / 20 May 2026
24
17:50 / 20 May 2026
34
17:48 / 20 May 2026
36
17:10 / 20 May 2026
44
17:03 / 20 May 2026
73
17:00 / 20 May 2026
47
16:39 / 20 May 2026
60
16:34 / 20 May 2026
311
16:31 / 20 May 2026
57
16:21 / 20 May 2026
148
16:19 / 20 May 2026
50
16:11 / 20 May 2026
70
16:02 / 20 May 2026
225
15:54 / 20 May 2026
144
15:51 / 20 May 2026
57
15:42 / 20 May 2026
67
15:36 / 20 May 2026
173
15:31 / 20 May 2026
60
15:19 / 20 May 2026
397
15:16 / 20 May 2026
217
15:01 / 20 May 2026
326
14:57 / 20 May 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.