Gəlin qayınatasının evində qeydiyyatdadırsa, həmin evdən pay ala bilər? – Vəkildən AÇIQLAMA
06 Oktyabr 2026, 20:42
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
12060
22.11.2025, 15:19
Qədimdən belə bir adətimiz var.Toylarda ifaçıların,yaxud bəylə-gəlinin başına pul səpmək.Buna şabaş da deyirlər.
Mövzumuz şabaş yox,milli manatın xoşagəlməz formaya salınması ilə bağlıdır.Toylarda Azərbaycan manatının ayaqlar altına atılması,əzilməsi,zədələnməsi heç də xoşagələn mənzərə deyil.Bu ciddi ictimai qınağa da səbəb ola bilir.
Azərbaycan manatının,milli pulun bu vəziyyətə salınması məsuliyyətə səbəb ola bilərmi?
Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Şəms Mirzəyeva bildirib ki,manat Azərbaycan Respublikasının milli,siyasi,iqtisadi müstəqilliyinin əsas atributlarından biri hesab olunur.Ona qarşı hər hansı bir mənfi hərəkətlərin yol verilməsi xoşagələn və qəbul olunan deyil.
"Konsitutsiyamızın 19-cu maddəsinə görə,Azərbaycan manatı yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılır və tədavüldən çıxarılır.Manat ölkə ərzaisində yeganə qanuni ödəniş vasitəsidir.Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir.Lakin,çox təəssüf ki,bu məsələ ilə bağlı qanunvericilikdə hər hansı bir məsuliyyət tədbiri nəzərdə tutulmur.Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində manatın cırılması,yerə atılması,ona qarşı hörmətsizlik kimi dəyərləndirilən hərəkətlərə görə birbaşa inzibati və cinayət məsuliyyəti nəzərdə tutulmur.Çünki pul onun məxsus olduğu şəxsə münasibətdə xüsusi mülkiyyət hesab olunur.Yəni,hər bir şəxs öz mülkiyyəti üzərində sərbəst sərəncam verə bilər.Lakin Azərbaycanın milli valyutası hesab edilən manatı bilə-bilə,qəsdən yararsız hala salmaq,korlamaq ictimaiyyət qarşısında xaosa və etiraza səbəb ola bilir.Çüni bu pula ehtiyacı olan şəxslər var.Düşünürəm ki,milli valyutanın qəsdən məhv edilməsi ilə bağlı əməllər sanksiyalaşdırılana kimi bu əməli edən şəxslər hüquq-mühafizə orqanlarına çağırılması və onlarla profilaktik söhbətlərin aparılması məqsədəuyğundur",-deyə vəkil Şəms Mirzəyeva bildirib.
Məlumat üçün qeyd edək ki,1992-ci ildən bəri Azərbaycan Respublikasının müstəqil valyutası olan manat ilk dəfə 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövriyyəyə buraxılmışdı. Lakin Sovet İttifaqının yaranması ilə manat dövriyyədən çıxarıldı və yalnız 1992-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenidən dövriyyəyə buraxıldı. 2006-cı ildə isə manatın denominasiyası həyata keçirildi və yeni dizaynlı pullar təqdim olundu.Azərbaycan manatının rəsmi simvolu "₼" 2012-ci ildə təsdiq edilmişdir. Bu simvol, bir əlifba hərfinin üzərinə qoyulan xətt formaları ilə təsvir edilir və manatın sabitliyini, gücünü təmsil edir.
Hazırladı: Miri Məcidli
02:27 / 07 Oktyabr 2026
152
02:18 / 07 Oktyabr 2026
246
01:44 / 07 Oktyabr 2026
169
00:44 / 07 Oktyabr 2026
207
00:32 / 07 Oktyabr 2026
535
00:10 / 07 Oktyabr 2026
185
23:58 / 06 Oktyabr 2026
86
23:41 / 06 Oktyabr 2026
184
23:27 / 06 Oktyabr 2026
314
23:10 / 06 Oktyabr 2026
140
22:57 / 06 Oktyabr 2026
124
22:50 / 06 Oktyabr 2026
110
22:38 / 06 Oktyabr 2026
160
22:35 / 06 Oktyabr 2026
147
22:30 / 06 Oktyabr 2026
347
22:28 / 06 Oktyabr 2026
110
22:25 / 06 Oktyabr 2026
120
22:22 / 06 Oktyabr 2026
4642
22:17 / 06 Oktyabr 2026
4002
22:12 / 06 Oktyabr 2026
81
22:10 / 06 Oktyabr 2026
876
22:10 / 06 Oktyabr 2026
92
21:42 / 06 Oktyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.