Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
21 May 2026, 11:15
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
935
20.11.2025, 15:56
Ev dustaqlığı qətimkan tədbiri kimlər barədə seçilə bilər?
Oxu24.com xəbər verir ki,müğənni Rəqsanə İsmayılova Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
Qeyd edək ki,Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdi.
Ev dustaqlığı qətimkan tədbiri nə deməkdir?
Ümumiyyətlə məhkəmələr tərtəfindən bu növ məhdudiyyətlər kimlər barədə və nə zaman seçilir?
Azərbaycan Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü,tanınmış vəkil Ruslan Vəliyev mövzu ilə bağlı Oxu24.com saytının suallarını cavablandırıb.
“Cinayət Prosessual Məcəllənin 163-cü bəndində ev dustaqlığı barədə bildirilib ki, ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir. Bundan başqa, ev dustaqlığının qətimkan tədbiri qismində seçilməsi məsələsinə məhkəmə tərəfindən yalnız müdafiə tərəfinin vəsatəti əsasında həbs-qətimkan tədbirinin seçilməsi haqqında qəbul olunmuş qərarın əvəz edilməsi kimi baxıla bilər.
Həbslə bağlı hallar mövcud olmadıqda,məsələn,şəxsin qaçıb gizlənmək ehtimalı yoxdursa,əgər hər hansı bir formada istintaqa,cinayət prosesinin iştirakçılarına,zərərçəkmişlərə,şahidlərə və digər şəxslərə təsiri yoxdursa,onun istintaqdan qaçıb yayınması ehtimalı mövcud deyilsə,o cümlədən azadlıqda qalması istintaqın gedişinə hər hansı mənfi bir təsir göstərmirsə,təqsirkar barədə ev dustaqlığı qətimkan tədbirinin seçilməsi mümkündür”,- deyə vəkil Ruslan Vəliyev bildirib.
Miri Məcidli
19:00 / 21 May 2026
30
18:42 / 21 May 2026
50
18:26 / 21 May 2026
108
18:15 / 21 May 2026
65
17:59 / 21 May 2026
59
17:45 / 21 May 2026
73
17:25 / 21 May 2026
72
17:14 / 21 May 2026
65
17:07 / 21 May 2026
365
16:58 / 21 May 2026
73
16:46 / 21 May 2026
196
16:44 / 21 May 2026
67
16:42 / 21 May 2026
74
16:41 / 21 May 2026
78
16:31 / 21 May 2026
67
16:29 / 21 May 2026
65
16:07 / 21 May 2026
342
16:02 / 21 May 2026
72
16:00 / 21 May 2026
70
15:54 / 21 May 2026
76
15:46 / 21 May 2026
74
15:43 / 21 May 2026
87
15:31 / 21 May 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.