Mənzilin sahəsi çıxarışda az çıxarsa nə etməli? – Vəkildən MÜHÜM AÇIQLAMA
07 Avqust 2026, 17:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
881
14.11.2025, 23:25
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu əmək qanunvericiliyini pozmağa görə intizam məsuliyyəti ilə bağlıdır.
Əmək Məcəlləsinin 311-ci maddəsinə görə,işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir.
Həmin maddədə əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri əks olunub.Onlar aşağıdakılardır:
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:
a) töhmət vermək;
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;
ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.
Hazırladı: Miri Məcidli
23:50 / 07 Avqust 2026
51
23:23 / 07 Avqust 2026
71
22:53 / 07 Avqust 2026
64
22:42 / 07 Avqust 2026
64
21:57 / 07 Avqust 2026
147
21:29 / 07 Avqust 2026
200
20:56 / 07 Avqust 2026
91
20:41 / 07 Avqust 2026
91
20:05 / 07 Avqust 2026
111
19:55 / 07 Avqust 2026
186
19:35 / 07 Avqust 2026
130
19:12 / 07 Avqust 2026
109
18:59 / 07 Avqust 2026
662
18:55 / 07 Avqust 2026
93
18:48 / 07 Avqust 2026
442
18:43 / 07 Avqust 2026
108
18:15 / 07 Avqust 2026
98
17:59 / 07 Avqust 2026
92
17:37 / 07 Avqust 2026
129
17:35 / 07 Avqust 2026
122
17:15 / 07 Avqust 2026
116
16:59 / 07 Avqust 2026
99
16:45 / 07 Avqust 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.