Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1031
12.11.2025, 17:15
Balakəndə itin yaşlı kişini parçalayıb,öldürməsi barədə xəbər vermişdik.Hadisə rayonun Mahamalar kəndində baş verib.
Kənd sakini 83 yaşlı Məhəmməd Atayev kəndin yaxınlığında yerləşən fermanın qarşısından keçərkən nəzarətsiz qalan çoban iti ona hücum edib.
Çoban itinə heç bir təzyiq göstərə bilməyən Məhəmməd Atayev hadisə yerində ölüb. Yaxınlarının bildirdiyinə görə, çoban iti aylar əvvəl də mərhuma hücum çəkərək müxtəlif xəsarətlər yetiribmiş.
Bir neçə aylıq müalicədən sonra M. Atayev sağalıb. Lakin bu dəfə itin hücumundan yaxa qurtara bilməyib.
Oxu24.com məsələnin aktuallığını nəzərə alaraq heyvan saxlayan şəxslərin hüquqi məsuliyyəti barədə araşdırma aparıb.
Saxladığı heyvan başqa şəxslərə xəsarət yetirərsə,sahibini nə gözləyir?
Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Şəms Mirzəyeva bildiirb ki,bu halda itin sahibi məsuliyyət daşıyır. Mülki Məcəlləyə görə,heyvan sahibi onu nəzarətsiz buraxarsa,həmin heyvan kiməsə xəsarət yetirərsə,bu halda sahibi cavab verməli olacaq.
Çünki sahib heyvanı mühafizə etməlidir,onun qaçmasının qarşısını alacaq şərait yaratmalıdır.Həqitətən də heyvan nəzarətsiz buraxılmışdırsa,ona sahibi tərəfindən lazımı qaydada nəzarət olunmamışdırsa,vurulan zərər heyvanın sahibi tərəfindən ödənilməlidir.
Siz təqdim etdiyiniz faktda konkret olaraq itin şəxsi parçalaması göstərilib.Bu yanaşma bütün heyvanlara eyni cür şamil olunur.Misal üçün pişiyin,inəyin,atın və s. heyvanın sahibi onu tələb olunan qaydada mühafizə etməlidir.Əks halda məsuliyyət daşıyacaq.
Vəkil Şəms Mirzəyeva
Vəkil Şəms Mirzəyevanın sözlərinə görə,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli, 38 nömrəli qərarı ilə təsdiqlənmiş "Yaşayış məntəqələrində it, pişik və digər ev heyvanlarının saxlanması Qaydaları" mövcuddur.
Bu qaydalara əsasən şəxslər çoxmərtəbəli binalarda qonşulara narahatlıq yaratmamaq və nəzarət etmək şərti ilə evlərində qoyulmuş limitdə it,pişik saxlaya bilərlər.Qeyd olunan limitdən çox olmamaq şərti ilə insanlar evlərində ev heyvanları saxlaya bilərlər.Həyət evlərində bu saya limit yoxdur.İstənilən sayda ev heyvanları saxlaya bilərlər.Vəhşi heyvanların isə evlərdə saxlanılmasına icazə verilmir.
Hazırladı: Miri Məcidli
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.