Ədliyyə naziri Fərid Əhmədovun geniş MÜSAHİBƏSİ
07 Oktyabr 2026, 22:54
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
609
11.11.2025, 20:52
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərlə bağlıdır.
Bu haqda Ailə Məcəlləsində qeydlər var.
Məcəllənin 22-ci maddəsinə görə,nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.
Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə:
boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli;
uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli;
ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı;
ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.
Əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda, məhkəmə əmlak bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər.
Hazırladı: Miri Məcidli
23:50 / 07 Oktyabr 2026
102
23:23 / 07 Oktyabr 2026
132
23:20 / 07 Oktyabr 2026
124
23:19 / 07 Oktyabr 2026
147
23:09 / 07 Oktyabr 2026
142
22:54 / 07 Oktyabr 2026
116
22:50 / 07 Oktyabr 2026
127
22:48 / 07 Oktyabr 2026
214
22:38 / 07 Oktyabr 2026
157
22:28 / 07 Oktyabr 2026
2934
22:27 / 07 Oktyabr 2026
113
22:00 / 07 Oktyabr 2026
139
21:53 / 07 Oktyabr 2026
97
21:47 / 07 Oktyabr 2026
1638
21:35 / 07 Oktyabr 2026
567
21:31 / 07 Oktyabr 2026
106
21:25 / 07 Oktyabr 2026
188
21:15 / 07 Oktyabr 2026
476
21:11 / 07 Oktyabr 2026
132
21:06 / 07 Oktyabr 2026
87
21:05 / 07 Oktyabr 2026
81
20:49 / 07 Oktyabr 2026
238
20:34 / 07 Oktyabr 2026
569
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.