Krediti olanlara mühüm xəbər: Faizlər nə zaman düşəcək?
07 Oktyabr 2026, 12:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
11857
10.11.2025, 13:49
Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 3414 boşanma halları qeydə alınıb.Bu,rəqəm ötən illə müqayisədə aşağı-yuxarı oxşar olub.
Bir çox vətəndaşlar boşanma zamanı hüquqi cəhətdən çətinlik çəkirlər.Boşanma prosesi zamanı hara,necə müraciət edilməlidir,bunun üçün tələb olunan məbləğ nə qədərdir,boşanma necə həyata keçirilir və kimi suallara cavab tapmağa çalışdıq.
Oxu24.com suallarla bağlı vəkil Şəms Mirzəyevaya müraciət edib.O,sayta açıqlamasında boşanmanın hüquqi yollarını və dövlət rüsumlarının məbləğini açıqlayıb.
Vəkilin sözlərinə görə,boşanma prosesi istəyən şəxs iki mərhələdən keçməlidir. Bunlar mediasiya və məhkəmə mərhələsidir.Əgər tərəfərin 18 yaşa çatmamış ortaq uşağı varsa, onlardan biri boşanmağa narazıdırsa,bu, halda boşanma birmənalı olaraq məhkəmədə baş tutmalıdır.Çünki ortada mübahisə var.Məhkəmədə boşanma ilk olaraq mediasiyadan keçməlidir.Bu mərhələdən sonra məhkəməyə müraciət olunmalıdır.Boşanma zamanı tələb olunan ümumi dövlət rüsumu 100 AZN-dir.Təbii olaraq boşanma məsələlərində vəkilə müraciət olunmalıdır.Tələb olunan hüquqi addımlar vəkilin vasitəsi ilə atılmalıdır.Vəkilə ödənilən məbləğə gəldikdə isə,bu, rəqəm fərqli ola bilər. Adətən vəkilə ödənilən məbləğ tərəflər arasında razılaşma əsasında müəyyən edilir”,-deyə vəkil Şəms Mirzəyeva bildirib.
Bəs,məhkəmədən kənar necə boşanmaq mümkündür? Bu,hansı hallarda tətbiq olunur?
Sualla bağlı danışan vəkil Şəms Mirzəyeva bildirib ki,bu hal tərəflərin ortaq övladı olmadıqda və aralarında boşanmaqla bağlı heç bir mübahisə,etiraz yoxdursa,boşanmaq qeydiyyat şöbəsində həyata keçirilə bilər.
Tələb olunan dövlət rüsumu 20 AZN-dir.
Oxu24.com mövcud şəraitdə boşanma prosesləri zamanı vəkillərə ödənilən məbləği dəqiqləşdirməyə çalışıb.Müxtəlif mənbələrdən əldə etdiyimiz informasiyalara görə,boşanma proseslərində iştirak üçün vəkillərə ödənilən məbləğ 500-800-1000 manat aralığında dəyişir.Bir sözlə,boşanmaq istəyən şəxsin minimum 500,maksimum 1000 manat xərci çıxması gözləniləndir.
Boşanma prosesləri ilə bağlı vəkil Şəms Mirzəyevaya müraciət etmək istəyənlər üçün əlaqə vasitələrini təqdim edirik:
Əlaqə nömrəsi: 055 800 38 70
İnstagram hesabı: vekil.shams_mirzayeva
Hazırladı: Miri Məcidli
16:16 / 07 Oktyabr 2026
1
15:55 / 07 Oktyabr 2026
35
15:54 / 07 Oktyabr 2026
289
15:36 / 07 Oktyabr 2026
226
15:26 / 07 Oktyabr 2026
72
15:13 / 07 Oktyabr 2026
55
15:06 / 07 Oktyabr 2026
117
14:45 / 07 Oktyabr 2026
71
14:39 / 07 Oktyabr 2026
64
14:24 / 07 Oktyabr 2026
112
14:22 / 07 Oktyabr 2026
320
14:17 / 07 Oktyabr 2026
83
14:15 / 07 Oktyabr 2026
88
14:10 / 07 Oktyabr 2026
536
14:08 / 07 Oktyabr 2026
73
14:05 / 07 Oktyabr 2026
78
14:00 / 07 Oktyabr 2026
63
13:58 / 07 Oktyabr 2026
70
13:25 / 07 Oktyabr 2026
103
13:20 / 07 Oktyabr 2026
100
13:14 / 07 Oktyabr 2026
582
13:12 / 07 Oktyabr 2026
99
13:10 / 07 Oktyabr 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.