Məzuniyyətlə bağlı YENİ QAYDA
08 Oktyabr 2026, 13:47
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
696
08.11.2025, 23:31
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu torpaqları korlamaya görə,nəzərdə tutulan cəza ilə bağlıdır.
Cinayət Məcəlləsinin 254-cü maddəsinə görə, torpaqları korlamaya görə,cəzalardan bəhs olunur.
Həmin maddəyə görə,saxlanması, istifadə edilməsi yaxud daşınması zamanı gübrələrlə, təhlükəli kimyəvi və ya bioloji maddələrlə davranış qaydalarının pozulması nəticəsində təsərrüfat və ya başqa fəaliyyətin zərərli məhsulları ilə torpaqların zəhərlənməsi, çirkləndirilməsi yaxud onların başqa cür korlanması, insanların sağlamlığına və ya ətraf mühitə əhəmiyyətli ziyanın vurulmasına səbəb olduqda—üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
Həmçinin,eyni əməllər fövqəladə və təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə—iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hazırladı: Miri Məcidli
15:32 / 08 Oktyabr 2026
1
15:30 / 08 Oktyabr 2026
36
15:16 / 08 Oktyabr 2026
40
15:15 / 08 Oktyabr 2026
32
15:10 / 08 Oktyabr 2026
32
15:00 / 08 Oktyabr 2026
60
14:54 / 08 Oktyabr 2026
242
14:46 / 08 Oktyabr 2026
53
14:43 / 08 Oktyabr 2026
56
14:40 / 08 Oktyabr 2026
65
14:15 / 08 Oktyabr 2026
68
14:05 / 08 Oktyabr 2026
74
14:00 / 08 Oktyabr 2026
61
13:55 / 08 Oktyabr 2026
67
13:47 / 08 Oktyabr 2026
8289
13:34 / 08 Oktyabr 2026
91
13:29 / 08 Oktyabr 2026
172
13:26 / 08 Oktyabr 2026
76
13:25 / 08 Oktyabr 2026
82
13:20 / 08 Oktyabr 2026
70
13:14 / 08 Oktyabr 2026
252
13:00 / 08 Oktyabr 2026
66
12:59 / 08 Oktyabr 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.